6. TƏHRİFİN, QURANIN ZAHİRİ MƏNASININ HÖCCƏT OLMASINA GÖSTƏRDİYİ TƏSİR Gətirdikləri son altıncı dəlildə deyilir: Quranın təhrif olunması,
kəlmələrin zahiri mənalarının mütəşabih və mücməl olmasına (izah
olunmalı) və bunun nəticəsində də öz etibarını itirməsinə səbəb
olmuşdur.
Cavab: Bir qədər əvvəl Quranın təhrif olunmadığı, müxtəlif dəlil
və sübutlarla isbat olundu. Onun təhrif olunduğunu fərz etsək belə,
bu heç də onun öz etibarını itirməsinə səbəb olmur. Çünki, nəql
olunmuş bir çox rəvayətlərdən belə məlum olur ki, hər bir
müsəlman bütün işlərini Quranla tətbiq etməli və onu ən başlıca
meyar kimi qəbul etməlidir. Quran hər bir müsəlmanın istinad və
mənəvi qida aldığı ilham mənbəyidir.
Demək, Quran (fərz edək ki,) təhrif olunsa belə, yenə də ona
müraciət olunmalıdır. Bir halda ki, onun ayələrində təhrifə yol
verilməsi sadəcə olaraq mahal və qeyri-mümkündür.
Nəticə: Qeyd etdiklərimizdən belə bir nəticəyə gəlirik ki, Quranın
zahiri mənaları ən mötəbər istinad mənbəyidir. Çünki, Quran islam
dininin təməli, haqq və batilin, maddi və mənəvi dəyərlərin meyar
və məhək daşıdır. Onunla müxalif olan [qondarma] rəvayət və
hədislər öz etibarını
itirərək istinad olunmadan kənara
qoyulmalıdır.
267
ON BİRİNCİ FƏSİL Haşiyə və qeydlər. 1. Səqələyn hədisini nəql edən mənbələr; 2. Haris Həmədaninin şərhi-halı; 3. «Lətərkəbunnə sunənun min qəblikum» hədisini nəql edən mənbələr; 4. Müəllifin, yəhudi alimlərinin biri ilə apardığı elmi mübahisə; 5. Quranın tərcüməsi və tərcüməyə lazım olan şərait; 6. Qüreyşin Peyğəmbərə (s) qarşı mücadilə və çəkişmələri.