269
təhqiqatçılar onun nəql etdiyi rəvayətləri mötəbər hesab edir və bir
çox hallarda onlara istinad etmişlər.
Əhli sünnə alimlərinin bir çoxu Harisin şərh-halını yazarkən onu
xoş ifadələrlə yad etmişlər.
İbni Həcər Əsqəlani özünün «Təhzibut-təhzib» adlı kitabında
Harisin şərh-halını Davəridən nəql edərək İbni Muinin bu sözlərinə
işarə edir. Mən onun şərh-halını İbni Məsuddan eşitdim. O, Harisi
etimad olunası bir şəxs kimi qələmə verirdi.
Osman Darəmi, İbni Muindən nəql edərək deyir: O, hamının
etimadını qazanmış bir şəxs idi.
Əşəs ibni Səvar, İbni Seyreyndən nəql edərək deyir: Kufə camaatı
beş nəfər şəxsə daha çox ehtiram edərdi. Lakin onlardan ikisinə,
yəni Haris və Ubeydəyə daha artıq ehtiram edər və onlar haqda
daim tərifli sözlər deyərdilər. Ubeydə barəsində söz düşərkən Haris
yad olunur, Haris barəsində bir söz deyildikdə,
həmçinin Ubeydə
xoş sözlərlə yad olunardı.
İbni Əbi Davud deyir: Haris zəmanəsinin ən bilikli fiqh alimi idi.
O, olduqca hörmətli və şərəfli bir nəslə mənsub idi. «İrs» məsələsini
Əli (ə)-dan öyrənmiş və onun incəliklərinə hamıdan daha çox
yiyələnmişdi.
Əbu Cəfər Təbəri «Zilul Muzəyyil» adlı kitabında, Hicrətin 161-ci
ilində vəfat etmiş şəxslər barəsində məlumat verərkən deyir: Haris
ibni Abdulla Əur, Əli (ə)-ın qabaqcıl səhabələrindən biri idi. O,
zəmanəsinin «fiqh»,
*
«hesab
*
», «fəraiz
*
» elmlərinə yiyələnmiş ən
bilikli alimlərindən sayılırdı.
Zəhəbi, Harisin şərh-halında yazır ki, Harisin nəql etdiyi
rəvayətlər Əhli sünnənin istinad etdikləri dörd mötəbər mənbələrdə
də nəql olunmuşdur. Nəsai, ravilərin mötəbərliyinə və onların
şəcərənaməsinə (əsliyyətinə) hamıdan daha çox diqqət yetirsə də,
Harisin nəql etdiyi rəvayətlərə istinad edirdi. Çünki o, özünün elm
və şöhrəti ilə hamının nüfuzunu qazanmış və cəmiyyətdə
özünəməxsus məqama nail olmuşdur.
Mərrət ibni Xalid deyir: Məhəmməd
ibni Seyreyn günlərin bir
günündə mənə dedi: İbni Məsuda yaxın olan beş nəfər şəxsdən
hədis nəql olardı. Mən onlardan dördü ilə görüşə bilsəm də, Haris
270
ilə görüşməyə nail olmadım. Əlbəttə o, digərlərindən daha nüfuzlu
və daha bilikli idi.
Yazıçı:
Şiə və sünni alimlərinin Harisin biliyi və şəxsiyyəti
barəsində söylədikləri təriflərə baxmayaraq, Şəbi onu qətiyyətlə
təkzib edir və onun barəsində bu sözləri deyir: Haris Əur, mənim
üçün hədis nəql edərdi, lakin o, yalançının biri idi. Sonralar bəziləri
Şəbənin dediklərini qəbul edib, Harisi yalançı kimi qələmə verməyə
başlamışdılar.
Lakin bizə belə gəlir ki, bu kimi iftiralar təəssüb və
inadkarlıqdan savayı başqa bir şeydən irəli gəlməyir. Çünki, bir
qədər əvvəl qeyd etdik ki, rical alimlərinin və təhqiqatçılarının bir
çoxu Harisi mötəbər bir şəxs kimi qələmə vermiş və ondan yalan
hədis və rəvayət nəql olunmadığını etiraf etmişlər. Bu səbəbdən də
alimlərin bir qismi, Şəbinin Haris barəsində söylədiklərinin yalnız
quru təəssüb üzündən meydana gəldiyinə işarə etmişlər.
Əbu Abdulla Qurtəbi deyir: Şəbi, Harisi yalançılıqda ittiham etsə
də, onun sözlərini qəbul etmək olmaz. Çünki, kimsə Harisin nə
vaxtsa yalan bir söz dediyini eşitməmişdir. Bəlkə də Şəbi, Əli (ə)-ın
Harisə olan yaxın münasibətini və onu başqalarından üstün
tutduğu üçün ona qarşı qərəzli mövqe tutmuş və haqqında
xoşagəlməz sözlər söyləmişdir.
Bu səbəbdən də Şəbi, Əbu Bəkri
hamıdan daha çox üstün tutar və onun barəsində deyərdi: O, islamı
qəbul etmiş ilk şəxs olmuşdur.
(Təfsir Qurtəbi 1-ci cild 5-ci səh).
İbni Həcər, Harisin şərh-halında yazır: İbni Əbdülbərr özünün
«Elm» adlı kitabında, Şəbənin hansı səbəblər üzündən Haris
barəsində bu sözləri deməsini belə izah edir: Şəbi, Harisi Əli (ə) ilə
yaxın və səmimi ünsiyyətdə olduğu üçün daim tənqid və təkzib
edərdi. Və mənim fikrimcə o, özünün belə bir xoşagəlməz işinin
cəzasını çəkdi. O da bundan
ibarətdir ki, kimsənin Harisdən yalan
bir rəvayət eşitmədiyi bir halda onu yalançılıqda ittiham etmiş və
irəli sürdüyü belə bir əsassız iddia, kimsə tərəfindən qəbul
olunmayaraq öz yalanını sabit etmişdir.
İbni Şahin deyir: Əhməd ibni Saleh deyərdi: Haris Əur etimad
olunası şəxslərdən idi. Əli (ə)-dan nəql olunmuş rəvayətdə onun
tərif və mədh olunması çox gözəl ifadələrlə bəyan edilir!!
271
Ona, Şəbinin Harisi təkzib etməsini dedikdə buyurur: Harisin
nəql etdiyi rəvayətlərin heç biri yalan deyildir. Sadəcə olaraq o, Əli
(ə) ilə yaxın ünsiyyətdə olduğu üçün Şəbi tərəfindən təkzib
edilmişdir.
Yazıçı:
Üzümü nəzər sahiblərinə və təhqiqatçılara tutub onlardan
soruşmaq istəyirəm: Sizi and verirəm Allaha! Deyin görək günahsız
bir müsəlmanı, Allahın əməli-saleh bəndəsini, möminlərin əmiri Əli
(ə) kimi bir şəxsiyyət ilə səmimi ünsiyyətdə olduğu üçün, onu yalan
və qondarma rəvayətlər nəql etməkdə ittiham etmək olarmı?
Yiyələndiyimiz
elm və məlumatlar, apardığımız təhqiqatlar, əqidə
və etiqadımız bizə belə bir yanlış işin görülməsinə icazə verirmi?!
Məgər Peyğəmbərin (s) özü Əli (ə)-ın fəzilətinin hamıdan üstün
olduğunu bəyan edərək onun barəsində dəfələrlə bu sözləri
deməzdimi?!
Dostları ilə paylaş: