MüƏLLİFDƏN


«Ey Əli! Harun, Musaya nə qədər yaxın olmuşsa, sən



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə172/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   168   169   170   171   172   173   174   175   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Ey Əli! Harun, Musaya nə qədər yaxın olmuşsa, sən 
də mənə bir o qədər yaxın və əzizsən.» 
Ümumiyyətlə hədis tarixinə nəzər saldıqda bunun şahidi oluruq 
ki, Peyğəmbər (s), Əli (ə) barəsində söylədiyi tərifli sözləri, digər 
səhabələrin heç biri barəsində bəyan etməmişdir. 
Dost və düşmən, Əli (ə)-ın fəzilətini Peyğəmbərin (s) dilindən 
dəfələrlə eşitmiş və özləri bunu etiraf etmişlər. Elə bir fəzilətlər ki, 
başqa birisi barəsində nə deyilməmiş, nə də işlədilməmişdir. 
Belə ki, Hakim Nişapuri deyir: Günlərin bir günündə Müaviyə, 
Səd ibni Vəqqası Əli (ə)-ı söyməyə və onun barəsində nalayiq sözlər 
deməyə vadar etmək istəyirdi. Səd, bundan imtina edərək 
Müaviyəyə deyir: Ey Müaviyə! (Allah özü səninlə hesab çəkər! 
İnşaalah!) Peyğəmbər (s), bu böyük şəxsiyyət barəsində dəfələrlə 
tərifli sözlərini və həmçinin tükənməz fəzilətini bəyan etdiyi bir 
halda, mən onun ünvanına necə xoşagəlməz sözlər deyə bilərəm?! 
Əgər bu rəvayətlərdən heç olmasa biri mənim barəmdə nəql 
olunsaydı, bu şərəf mənim üçün qırmızı tüklü dəvələrdən daha 
qiymətli olardı. Sonra Kəsa, Mənzələt, Bidəq hədislərini və Xəndək 
əhvalatını Müaviyəyə nəql etdi. 
(Mustədrak (Hakim Nişapuri) 3-cü cild 
108-ci səh). 


272 
Peyğəmbər (s) bununla kifayətlənməyib, Əli (ə)-ın fəzilətlərini 
bəyan etdiyi hədislərdə onun elm və əxlaqına, ictimai-siyasi 
mövqeyinə də dəfələrlə işarə etmişdir. 
Hakim nəql etdiyi rəvayətlərdən birində deyir: Peyğəmbər (s), 
Əli (ə)-a buyurur: 
Ey Əli! Hər kim mənə itaət etmiş olarsa, Allaha 
itaət etmiş olur və hər kim səndən itaət etmiş olarsa, mənə itaət 
etmiş olur. Hər kim səninlə müxalif olub düşmənçilik edərsə, 
mənimlə düşmənçilik etmiş olur. 
(Həmən bənbə). 
Bu hədis, Peyğəmbərdən (s) Əli (ə)-ın fəzilətləri barəsində nəql 
olunmuş rəvayətlərin kiçik bir hissəsidir. Bu məzmunda nəql 
olunmuş rəvayətlər isə, qeyd olunanlardan olduqca çoxdur. 
Lakin Şəbinin, Harisi yalançılıqda ittiham etməsi heç də 
təəccüblü deyildir. Çünki, o, Əməvilərin yaxın havadarlarından biri 
idi, dəfələrlə onların təşkil etdiyi rəngarəng ziyafətlərdə iştirak edər 
və bu əlverişli şəraitdən səmərəli istifadə edərdi. Bu səbəbdən də 
onların rəğbətini qazanmaq üçün istək və niyyətlərinə müvafiq 
sözlər deyir, lazım gəldikdə isə qondarma hədislər belə nəql 
etməkdən çəkinmirdi. 
Tarixə nəzər salsaq, bu kimi təəssüf doğuran əhvalatlarla 
dəfələrlə qarşılaşmış olarıq. Məsələn, Təbəri, kitabının 5-ci cildinin 
310-cu səhifəsində yazır: Abdul Məlik ibni Mərvan, Şəbini Misir 
camaatından, oğlu Vəlid ibni Əbdülməlik üçün beyət almağa oraya 
göndərir. Sonra isə Əbdülməlik tərəfindən Kufəyə vali təyin 
olunmuş Bəşər ibni Mərvanın nəzarət etdiyi məntəqələrdən birinə, 
maliyə işlərini idarə etməyə təyin olunur. Və daha sonra Ömər ibni 
Əbdüləziz tərəfindən Kufə şəhərinin qəzavət işlərinin rəhbərliyini 
öz üzərinə götürür. 
Bəli, Şəbi, Mərvanın yaxın havadarlarından biri olmuşdur. Onun 
və Əməvi sülaləsinin digər nümayəndələrinin razılığını qazanmaq 
üçün nə yalan danışmaqdan çəkinər, nə də başqalarına iftira 
qoşmaqdan. Əbül Fərəc, Həsən ibni Ömər Fəqihdən nəql edərək 
deyir: Günlərin bir günündə Şəbinin evinə getdim. Həyətə daxil 
olduqda evdən cəlbedici qəribə səs eşitdim. Ondan bu səsin qonşu 
evdən gəldiyini soruşduqda, əlimdən tutub şəxsi otağına gətirdi. 
Birdən, gözüm gözəl və yaraşıqlı bir cavana düşdü. O, şəhvətedici 


273 
təranələr oxuyur və məclis əhlini əyləndirirdi. Şəbi üzünü mənə 
tutub dedi: Onu tanıyırsanmı? Dedim: yox. Dedi: Bu həmən kəsdir 
ki, hələ uşaq ikən bir çox elm və məharətlərə yiyələnmişdir. Onun 
adı İbni Səricdir. 
Başqa bir yerdə deyir: Xəlifə Ömər ibni Ubəydən bu sözlərin 
deyildiyi nəql olunmuşdur. Şəbi, atamla birlikdə evin ikinci 
mərtəbəsində idilər. Evin alt mərtəbələrindən xanəndələrin gözəl 
səsləri eşidilirdi. Atam Şəbəyə dedi: Eşidirsənmi? Dedi: Xeyr!! Aşağı 
nəzər saldıqda gözəl və yaraşıqlı bir cavan gördük. O, öz gözəl 
təranələri ilə hamını valeh edirdi. Bu cavan və məşhur xanəndə İbni 
Ayişə idi. Şəbi heyrətə gəlib barmaqlarını dişləri ilə sıxıb dedi: 
Allah, elm və məharəti istədiyi şəxsə bəxş edir. 
Əbül Fərəc nəql etdiyi başqa bir rəvayətdə deyir: Məsəb ibni 
Zubeyr Kufəyə vali olduğu dövrdə, günlərin bir günündə Şəbini 
evinə gətirir. Onlar birlikdə Məsəbin zövcəsi olan Ayişənin otağına 
girirlər. Ayişə bu zaman yatağında tam üryan halda istirahət edirdi. 
Məsəb dedi: Şəbi! Ayişə barəsində nə deyə bilərsən? Şəbi, Ayişəni 
Məsəbin ürəyincə tərifləyib, gözəl ifadələrlə vəsf etdi. Məsəb bu 
təriflərindən razı qalıb, ona on min dirhəm pul və otuz dəst paltar 
hədiyyə verdi. 
Belə ki, Qurtəbi öz kitabında yazır: Şəbi and içərdi ki, Əli (ə) 
Qurandan bir ayə də olsun belə, əzbərləməmiş dünyasını dəyişdi. 
Sahibi deyir: Əli (ə) barəsində deyilən bu sözlər olduqca nalayiq 
və tamamilə əsassızdır. Elə bir şəxs barəsində ki, dəfələrlə ümumi 
kütlə arasında uca səslə bu sözləri deyərdi. Məni itirməmişdən 
əvvəl, elmi və dini suallarınızı məndən soruşun, mən də sizə cavab 
verim. Çünki, mən Quranda nazil olmuş bütün ayələrin 
xüsusiyyətlərinə hamıdan çox agaham. Hətta onların gecə, gündüz, 
dağda və səhrada nazil olduqlarını belə bilirəm. 
Sudey, Əbdü Xəyrdən nəql edərək deyir: Əli (ə), Peyğəmbər (s) 
vəfat etdiyi gün, camaatın Qurana qarşı diqqətsizliyini görüb, 
Quranı bir yerə yığmayınca əbasını geyinməyəcəyinə (yəni evdən 
bayıra çıxmayacağına) and içdi. O gündən etibarən evində oturub 
Quranın pərakəndə nüsxələrini bir yerə yığıb onu kitab halına saldı. 
Əli (ə)-ın yığdığı bu nüsxə, ilk Quran nüsxəsi oldu. Oradakı bütün 


274 
ayələri öz hafizəsindən kağız üzərinə köçürdü və bu nüsxə sonralar 
imam Sadiq (ə)-ın övladlarında idi. 
Ey qürurlu müsəlman! Görün bu şəxs dilinə Allah və Onun 
peyğəmbəri barəsində necə nalayiq və xoşagəlməz sözlər gətirir?! 
Bəli! Möminlərin Əmiri olan həzrət Əli (ə), nəql olunmuş bir çox 
rəvayətlərdə elm, hikmət və xilqətin (yaradılışın) sirlər şəhəri 
adlandırılmışdır. Əli (ə) hər zaman Quranla, Quran da onunladır. 
Bu iki qiymətli bəşər və kitab qiyamət gününədək bir-birlərindən 
ayrılmayacaqdır və o gün kovsər hovuzunun kənarında 
Peyğəmbərin (s) yanında olacaqlar. 
Budur Əli (ə)-ın həqiqəti. Günəş tək nurlu olan, şiələrin qolunun 
gücü və düşünən beyni, Allahın yer üzündə canişini sayılan bir 
şəxsiyyətin danılmaz həqiqətini görməyə qadir olmayan Şəbi 
kimilər isə, öz yalan və iftiraları ilə özlərini belə bir böyük günaha 
düçar edərək layiqili cəzalarını çəkəcəklər. (İnşaallah). 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin