MüƏLLİFDƏN


«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM»



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə173/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   169   170   171   172   173   174   175   176   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM» 
HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR 
Bu hədis «Kənzul-ummal» ilə yanaşı, digər mötəbər mənbələrdə 
də nəql olunmuşdur. 
O cümlədən: 
1. «Musnəd» (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild, 
218-ci səh) 3-cü cildin 14-cü səhifəsində isə Əbu Səid Xidridən nəql 
edir. 
2. «Etisam» (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild 
151-ci səh. Hədisi belə nəql edir: (ərə) 
3. «Səhih Müslim» «Elm» (Müslim «Yəhudi və nəsranilərin adət-
ənənələrini davam etmək» fəsli, 8-ci cild 51-ci səh). 
4. «Məcməuz-zəvayid» (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni 
Abbasdan nəql edir. 
MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ 
MÜBAHİSƏ 
Mən,
yəhudi alimlərinin biri ilə «Yəhudi dininin dövranı arxada 
qaldığı və hal-hazırda heç bir möcüzəyə malik olmadığı haqda» 


275 
fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim: Şəriət 
(din) təkcə yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız 
yəhudilərə aiddirsə, onda digər millətlər peyğəmbərlərin 
göndərilməsinə ehtiyac duyacaqlar və həmən peyğəmbər sizin 
nəzərinizcə islam peyğəmbərindən (həzrət Məhəmməddən (s)) 
başqa kim ola bilər? Əgər Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri 
və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil və sübutlara 
malik olmalıdır. Bir halda ki, hal-hazırda bunu sübuta yetirəcək heç 
bir dəlil yoxdur. Çünki, Musa (ə)-ın göstərdiyi möcüzələr yalnız öz 
dövrünə aid idi və hal-hazırda onun gətirdiyi dinin həqqaniyyətini 
sabit edəcək möcüzələrdən heç bir əsər-əlamət qalmamışdır. 
Əgər «Bu möcüzələr hal-hazırda mövcud olmasa da lakin, nəql 
olunmuş bir çox mütəvatir rəvayətlərdə onların mövcud olduğu 
açıq-aşkar bəyan edilmişdir.» desəniz, cavabında deyəcəyik: Əvvəla 
möcüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki, 
nəql edən ravilərin sayı camaat tərəfindən mötəbərliyini isbat 
edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir rəvayətlərlə Musa 
(ə)-ın möcüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə 
bilməzsiniz. 
Digər tərəfdən isə, əgər yalnız möcüzələrin nəql olunması har 
hansı bir həqiqəti isbat etməyə kifayət edərsə, bunu təkcə Musa (ə)-
ın möcüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın 
möcüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın möcüzələrini, 
müsəlmanlar da öz peyğəmbərlərinin möcüzələrini nəql edəcəklər. 
Möcüzələr haqda nəql olunmuş bu rəvayətlər arasında nə kimi fərq 
var? Demək, başqalarının öz peyğəmbərlərinin möcüzələri haqda 
nəql etdikləri rəvayətlər yox, təkcə sizin Musa (ə)-ın möcüzələri 
haqda nəql etdiyiniz rəvayətlər qəbul olunur?! Əgər hər hansı bir 
peyğəmbərin göstərdiyi möcüzələr onun həqqaniyyətini sübuta 
yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin möcüzələri haqda 
nəql olunmuş rəvayətləri qəbul etmirsiniz? 
Cavabında dedi:
Yəhudilərin, Musa (ə)-ın möcüzələri haqda nəql 
etdikləri rəvayətləri həm məsihilər, həm də müsəlmanlar təsdiq edir 
və onların mötəbərliyini etiraf edirlər. Lakin, digər peyğəmbərlərin 
möcüzələri isə hamı tərəfindən qəbul olunmayır. Bu səbəbdən də 


276 
onların həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac 
vardır. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin