MüƏLLİFDƏN


«Və uhillə ləkum ma vəraə zəlikum.»



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə166/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   162   163   164   165   166   167   168   169   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Və uhillə ləkum ma vəraə zəlikum.» 
9. Əti halal olan bəzi heyvanlar haqda isə bu ayəyə istinad 
etmişdir. 
«[Ya Rəsulum!] De ki: Mənə gələn vəhylər içərisində murdar 
olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan 
başqasının adı ilə [Bismillah deyilmədən] kəsilmiş heyvanlar 
istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində 
haram buyurulan bir şey görmürəm...» (Ənam-145). 
10. İmam Sadiq (ə)-dan kölə və kənizlərin, sahiblərinin icazəsi 
olmadan evlənmələri haqda soruşduqda, bu ayəyə istinad edir: 


259 
«Əbdən məmlukən la yəqdiru əla şəyin.» 
QURANIN ZAHİRİ MƏNALARININ HÖCCƏT OLMADIĞINI 
İSBAT EDƏN DƏLİLLƏR 
Bir qədər əvvəl Quranın zahiri mənalarının höccət olduğuna 
dəlalət edən dəlil və sübutlara işarə etdik. Lakin, hədis alimlərinin 
bir qismi bunun tam əksinə olaraq yeni bir nəzəriyyə irəli sürərək
Quranın zahiri mənalarının höccət olmadığını iddia edirlər. Onların 
fikrincə Quranın zahiri mənalarında, həmişə heç də nəzərdə tutulan 
şeyləri dərk etmək olmur. Onlar da öz nəzəriyyələrini sübuta 
yetirmək üçün bir neçə dəlilə istinad edirlər. 
1. QURANIN DƏRK OLUNMASI MÜƏYYƏN İXTİSASMI 
TƏLƏB EDİR? 
Quranın zahiri mənalarının höccət olmadığını iddia edənlər 
deyirlər: Quranın həqiqi mənalarını dərk etmək heç də hamıya 
müyəssər deyildir. Onu yalnız Quran elmləri ilə yaxından tanış olan 
bəzi mütəxəssislər dərk edə bilər. Və dediklərini sübuta yetirmək 
üçün bu məzmunda nəql olunmuş bir neçə rəvayətə istinad edirlər. 
1. Şueyb ibni Ənəs, imam Sadiq (ə)-dan nəql etdiyi mursəl
*
rəvayətdə deyir: İmam Sadiq (ə), Əbu Hənifəyə deyir: İran 
camaatının fiqhi suallarına sənmi cavab verirsən? 
Dedi: Bəli. 
Buyurdu: Nəyə istinad edərək fitva verirsən? 
Dedi: Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə. 
Buyurdu: Əbu Hənifə! Allahın kitabını lazımınca dərk edə 
bilirsənmi? Nasix və Mənsux ayələrini tanıyırsanmı? 
Dedi: Bəli. 
Buyurdu: Belə bir böyük elmə yiyələndiyini iddia etdiyin üçün 
vay halına! Məgər bilməyirsənmi ki, bu elmlərə yalnız Peyğəmbərin 
(s) Əhli-beyti və müəyyən şəxslər yiyələnirlər?! Ey Əbu Hənifə! Bil 
ki, Allah-taala Quranda sənin biləcəyin bir şey nazil etməmişdir və 
orada sənə bir hərf də olsun irs qoymamışdır. 
2. Zeyd nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Qətadədən 
soruşur: Bəsrənin fəqihliyini öz üzərinə sənmi götürmüsən? 


260 
Dedi: Belə təsəvvür edirlər. 
İmam Sadiq (ə) buyurdu: Düzdürmü ki, Quranı təfsir edirsən? 
Dedi: Bəli. 
İmam (ə) buyurdu: Ey Qətadə! Əgər Quranı öz rəyinlə təfsir 
edirsənsə bil ki, həm özünü, həm də başqalarını uçruma yönəltmiş 
olursan. Yox əgər başqalarının rəyi ilə təfsir etmiş olsan, yenə də 
həm özünü, həm də başqalarını uçruma yönəltmiş olarsan. Bil ki, 
Quranı yalnız o kəslər təfsir və dərk edə bilər ki, onların haqqında 
Quranda xitab və ya söhbət açılmış olsun. 
Cavab: 
Nəql olunmuş birinci rəvayətdə yalnız Quranın zahiri 
mənaları deyil, həm də batini mənaları («Nasix» və «Mənsux» 
ayələri) ilə tanışlıq və həmçinin bu kimi məsələlər nəzərdə tutulur. 
Belə ki İmam (ə), Əbu Hənifədən «Nasix» və «Mənsux» barəsində 
soruşur. Bu isə bir şəxsin Quranın batini mənalarına yiyələnib-
yiyələnməməsinə dəlalət edir. Bütün bunları nəzərə alaraq, imam 
Sadiq (ə) belə bir məsuliyyətli vəzifəyə təyin olunmuş bir şəxsi — 
Əbu Hənifəni, Quran elmlərinə daxil olan bu kimi məsələlərə agah 
olmadığı üçün danlamaq qərarına gəlir. 
İkinci rəvayətdə isə biz, imam Sadiq (ə)-ın Qətadədən təfsir 
etməsi haqda soruşduğunun şahidi oluruq. Quran təfsir olunduqda 
isə bir çoxlarına məlum olmayan dərin məna və məfhumlar üzə 
çıxarılır. Bu isə olduqca mühüm və məsuliyyət tələb edən bir işdir. 
Belə bir dərin elmə yiyələnmək isə heç də hamıya müyəssər 
olmayır. Demək, rəvayətlərdən məqsəd Quranın zahiri mənalarının 
dərk olunması deyil, onun dərin [batini] mənalarına yol tapmasıdır. 
Əvvəlki fəsldə nəql olunan mötəbər rəvayətlər, dediklərimizi bir 
daha təsdiq edir. Belə ki, bu rəvayətlərdən bizə məlum olur ki, 
Quranın zahiri mənalarının dərk olunması heç də təsadüfü şəxslərə 
aid deyildir. 
Birinci rəvayətdə, imam Sadiq (ə)-ın Əbu Hənifəyə «Orada 
[Quranda] sənə bir hərf də olsun irs qoyulmamışdır» deməsi, bir 
daha bu mətləbi sübuta yetirir ki, Allah-taala yalnız öz 
peyğəmbərlərini Quranın varisləri qərar vermişdir. Fatir surəsinin 
32-ci ayəsində bu haqda deyilir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin