1. QURAN ÜMUMBƏŞƏRİ KİTABDIR Məlum olduğu kimi, Peyğəmbər (s) ünsiyyətdə olduğu
şəxsiyyətlərlə xüsusi davranış və ya danışıq tərzi seçməmişdir.
Qəbiləsinin bir üzvü kimi o da, başqalarının danışdığı kimi
danışır və onlarla adət halını almış bir tərzdə rəftar edərdi.
Bu da hamıya məlumdur ki, Quran nazil olduqdan sonra belə,
onun nazil olmuş ayələrini çox sadə, ərəb qəbilələrinin adət etdiyi
bir tərzdə bəyan edər, həmçinin Quranın qadağan etdiyi və ya icra
olunması vacib olan məsələləri onlara iqrar edərdi.
Qurani-kərimin bir çox ayələrində bu məsələyə dəfələrlə işarə
olunmuşdur.
1. «Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur.?» (Məhəmməd-24). 2. «Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər.» (Zumər-27). 3. «Şübhəsiz ki, bu [Quran] aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! * Onu Cəbrail [Ruhuləmin] endirdi. * [Günahkarları Allahın əzabı ilə] qorxudan peyğəmbərlərdən olasan deyə, sənin
256
qəlbinə [nazil etdi] * özü də açıq-aydın ərəb dilində.» (Şuəra 192- 195). 4. «Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir.» (Ali-İmran-138). 5. «Biz Quranı [ümmətin üçün] ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul etsinlər.» (Casiyə-58). 6. «And olsun ki, Biz Quranı [ondan] ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-