MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə161/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   157   158   159   160   161   162   163   164   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Müəllif: 
Xəlifənin qiraətdə yaranmış ixtilafların qarşısını alaraq 
(yeddi qiraət səbkisi barəsində nəql olunmuş rəvayətlər daxil 
olmaqla), mütəvatir olaraq Peyğəmbərdən (s) nəql olunmuş qiraət 
səkbisini yenidən qüvvəyə mindirməsi kimsədən gizli deyildir. 
Bəli, bu Osmanın xilafəti dövründə həyata keçirdiyi ən mühüm 
və tərifəlayiq işlərindən biri idi. Bəlkə də əgər xəlifə bu ixtilafın 
qarşısını almasaydı, müsəlmanlar arasında bu barədə böyük 
ziddiyyətlik yaranar və bunun nəticəsində onlar hətta bir-birlərini 
küfrdə ittiham edərdilər. 
Biz ötən fəsillərdə Peyğəmbərdən (s), Quranın müxtəlif 
səbkilərdə oxunmamasına və bunun qətiyyətlə qadağan etməsinə 
dair nəql olunmuş hədislər barəsində ətraflı məlumatlar verdik. 
Bütün bunları nəzərə alaraq, xəlifənin islam dünyasına göstərdiyi 
bu böyük xidmətini heç cür inkar edə bilmərik. Lakin, xəlifəyə 
tutulan əsaslı iradlardan biri də, onun [bir-birindən oxunuşunda 
fərqli olan] nüsxələri yandırması və bu hökmü ətraf məntəqələrə də 
göndərməsidir. Hökm sadir olduqdan sonra müsəlmanlardan 
bəziləri ona öz etirazlarını bildirsələr də, heç bir nəticə vermədi və 
xəlifənin bu fərmanı tək mərkəzi xilafətdə deyil, ətraf məntəqələrdə 
də icra olundu. 
Bu səbəbdən də onu «hərracul məsahif», səhifələri yandıran 
adlandırdılar. 
Nəticə: 
Qeyd etdiklərimizdən belə məlum olur ki, təhrif 
barəsində irəli sürülmüş müxtəlif nəzəriyyələr tamamilə batil və 
əsassızdır. Bu nəzəriyyələri yalnız o zaman qəbul etmək olar ki, 
insan bu barədə heç bir araşdırma aparmadan xurafata qapılaraq, 
özünü belə bir yanlış təfəkkürün əsiri etmiş olsun. Sağlam 
düşüncəli, həqiqətsevər hər bir insan isə əql və dərrakəsini işə 
salmaqla, özünü bu böyük xürafat uçrumundan xilas etmiş olar. 


254 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin