MüƏLLİFDƏN


NƏTİCƏ  QURANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə160/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   156   157   158   159   160   161   162   163   ...   182
EL-BEYAN 1 Cİ CİLD

NƏTİCƏ 
QURANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN 
NƏZƏRİYYƏ 
Qeyd etdiklərimizdən belə məlum olur ki, Quran Peyğəmbərin 
(s) zamanında yığılmış və kamil nüsxə halına salınmışdır. Əbu 
Bəkrin və ya digər xəlifələrin dövründə yığılmasına dəlalət edən 
rəvayətlər isə, əsassız olmaqla yanaşı Quran, sünnə, əql və icma ilə 
də ziddiyyət təşkil edir. Belə ki, təhrif nəzəriyyəsinin tərəfdarları 
qeyd olunan qeyri-mötəbər rəvayətlərlə irəli sürdükləri əsassız 
iddiaları isbat edə bilməzlər. 
Quranın Əbu Bəkrin xilafəti dövründə yığıldığını qəbul etsək də 
belə, bu məzmunda nəql olunmuş rəvayətlərin nəql olunma səbkisi 
öz mötəbərliyinə qarşı oxucuda şübhə yaradar. Çünki, Quran 
ayələri bütünlüklə mütəvatir olaraq nəql olunmuş və müsəlmanlar 
arasında sənəd baxımından mötəbər olaraq qəbul edilmişdir. Bunun 
nəticəsində müsəlmanlar Quranla daha çox ünsiyyətdə ola bilmiş 
və hələ Peyğəmbərin (s) zamanında onun vahid nüsxə halına 
salınmasında böyük rol oynamışlar. 
Bəli, Osmanın xilafəti dövründə Quranın bir yerə yığılması 
kimsədən gizli deyildir. Lakin, bu heç də o demək deyildir ki, o 
pərakəndə surə və ayələri bir yerə yığaraq onu kitab halına 
salmışdır. Osman yalnız Quranın müxtəlif səbkilərdə oxunmasının 
qarşısını almış və fərqli səbkilərdə yazılmış Quran nüsxələrini bir 
yerə yığaraq yandırılmasını əmr etmişdir. Belə ki, qısa bir müddət 
ərzində onun verdiyi hökm müsəlmanlar yaşayan digər 
məntəqələrdə də icra olundu. Və bununla da xəlifənin verdiyi hökm 
«tövhidul məsahif» adlandırıldı. 
Əhli sünnə məzhəbinin görkəmli almilərindən biri olan Haris 
Muhasibi bu barədə deyir: Camaat belə güman edir ki, Quran 
Osmanın xilafəti dövründə yığılmışdır. Lakin bu heç də belə 
olmamışdır. Sadəcə olaraq İraq və Şam camaatının qiraətində 
yaranmış ixtilaflar xəlifəni narahat etdiyi üçün, hamıya ənsarın 
seçdiyi qiraət üsulundan istifadə etməyi əmr etmişdir. 


253 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin