Fransua Şampolion (1790-1832). Mi-
sir heroqliflərinin oxunması dilçilik ta-
rixində mühüm kəşflərdən biri idi. Şam-
polionun bu kəşfi heç də təsadüfi deyil-
di. O, hələ uşaq ikən bu məqsədə çatmaq
üçün gecə və gündüz çalışarmış. Fransua
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
84
Şampolion Fransanın Fijak şəhərində doğulmuşdur. O, ki-
çik yaşlarından dillərin öyrənilməsinə xüsusi həvəs göstər-
miş, 9 yaşından yunan və latın dillərini öyrənməyə başla-
mışdı. Bundan əlavə, qədim yəhudi, kopt, ərəb və arami
dillərini də mükəmməl mənimsəmişdi.
Fransuanı Misir tarixi və mədəniyyəti çox maraqlan-
dırırdı. Buna görə də o, istər Qrenoblda, istərsə də Parisdə
oxuyarkən Misir tarixinə dair çoxlu material toplamağa
nail olmuş və “Qədim Misirin coğrafiyası” adlı əsərini yaz-
mışdı. Bu onun çoxcildli əsərinin başlanğıcı idi. O bu əsər
haqqında Qrenobl Elmlər Akademiyasında məruzə edir,
gördüyü və gələcəkdə yerinə yetirəcəyi işlərdən danışır.
Onun məruzəsi dinləyiciləri valeh edib, müəllifin müstəqil
elmi işçi olduğunu parlaq şəkildə nümayiş etdirir. İctima-
iyyət istedadını görüb, gənc olmasına baxmayaraq, onu 16
yaşında Qrenobl Elmlər Akademiyasına üzv seçir.
Şampolion harada olsa, Misir heroqliflərinə daha
çox nəzər yetirir, onun təbiəti ilə maraqlanırdı. O, Parisdə
olarkən, demək olar ki, bütün vaxtını kitabxanada keçirir,
ekspedisiya zamanı Misirdən gətirilmiş materiallarla ta-
nış olurdu. Bu zaman Fransaya “Rozett daşı”nın ən yaxşı
surəti gətirilir. Şampolion da bu surət üzərində tədqiqa-
ta başlayır. Şampolion çoxdan tanış olduğu heroqliflərlə
“Rozett daşı” abidəsinin surəti çıxarılmış kağızda yenidən
rastlaşır. O, “Rozett daşı” üzərindəki heroqliflərlə 1808-ci
ildə universitetdə tələbə ikən tanış olmuşdu. O zamandan
heroqliflər onun tədqiqatının ön planını təşkil edirdi.
Şampolion Misir heroqliflərinin sirrini necə açmışdı?
Fransua əvvəlcə “Rozett daşı”nın yunan mətnini nəzərdən
keçirib ayrı-ayrı sözlərin mətndə neçə dəfə işləndiyini he-
sablamışdı. İkinci mətndə (demotik) oxşar işarələri aydın-
laşdırmış, eyni sözləri hesablamışdı. Bundan sonra yunan
və demotik mətndəki sözlərin lüğətini tərtib etmişdi.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
85
Şampolion gərgin iş aparmışdı. O, birinci mətndəki
heroqlifləri saymışdı, bunların miqdarı 1419 olmuşdu ki,
bu da yunan mətnindəki sözlərdən çox idi. Yunan mətnin-
də 486 söz vardı. Bu müşahidədən sonra Şampolion belə
nəticəyə gəlmişdi ki, heroqliflər bütöv sözlər deyil, ay-
rı-ayrı hərflərdir. O, Ptolomeyin adındakı işarələri müəy-
yənləşdirməyə başlamışdı. Hər işarənin altında bir hərf
qoyub Ptolmis adını oxuya bilmişdi. Bununla 7 heroqlifin
sirri açılmışdı. Bu heroqliflərin oxunuşunun düzgünlüyü-
nü bilmək üçün başqa adda (Kleopatra) da bunları yoxla-
mışdı. O, heroqliflərlə yazılmış Ptolomey və Kleopatra ad-
larını müqayisə etmiş, bunlarda p, l, o səslərini ifadə edən
yazı işarələrinin eyni olduğunu tam aydınlaşdırmışdı. Uy-
ğun gəlməyən digər heroqlifləri də bu üsulla oxumuşdu.
Misir heroqlifləri üzərində iş aparmış tədqiqatçılarda
belə bir fikir meydana gəlmişdi ki, guya Rozett abidəsində-
ki heroqliflər ayrı-ayrı sözlərdir. Burada ancaq əcnəbi xü-
susi adlardakı heroqliflər sözü yox, hərfi bildirir. Bu fikir
Şampolionu da çaşdırırdı. Lakin o, 1822-ci ildə heroqliflər
üzərində müşahidə apararkən haşiyə içərisində bir adı da
oxumuşdu. Bu, Ramsesin adı idi. Ramses əcnəbi yox, xalis
Misir adıdır. Şampolion öz kəşfinə inanmır, yenə haşiyə
içərisində ad axtarır. İkinci dəfə o, Tutmos adını oxuyur.
Beləliklə, Misir heroqliflərinin sirri açılır. Şampolion bir-
bir sözləri oxuyur və öyrəndiyi kopt dilinin vasitəsilə onla-
rın mənasını başa düşür.
Fransua Şampolionun nəticələri ilə razılaşmayıb, onun
qeyri-dəqiq olması fikrini iddia edənlər də az deyildi. Lakin
bir neçə il ərzində Şampolionun nəticələri qədim Misir abi-
dələrində dəfələrlə yoxlanıldı və birdəfəlik onun həqiqiliyi
təsdiq olundu. Onun müvəffəqiyyəti dünya elminə səs saldı.
1824-cü ildə Şampolionun “Heroqliflər sistemi oçerkləri”
adlı işi nəşr olunur. Müəllif bu əsərdə qədim misirlilərin
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
86
hansı prinsiplərlə heroqliflərdən istifadə etdiklərini ətraflı
şərh edir. Fransua Şampolionun kəşfi Misir tarixinin və mə-
dəniyyətinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Nəhayət, qeyd etməliyik ki, dilçilik XIX əsrin başlan-
ğıcında geniş vüsət almış və böyük inkişaf yolu keçmişdir.
Dostları ilə paylaş: |