1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə41/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   37   38   39   40   41   42   43   44   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Rasmus Rask (Rasmus Rask, 1787–1832). Hind-Avro-
pa dillərinin müqayisəli tədqiqi ilə məşğul olanlardan biri 
də Danimarka dilçisi Rasmus Kristian Raskdır.
Rasmus Raskın dillərin müqayisəli öyrənilməsinə həsr 
olunmuş əsəri “Qədim şimal dili üzərində tədqiqlər və ya island 
dilinin mənşəyi” adlanır. Bu əsər 1814-cü ildə yazılmış, lakin 
1818-ci ildə çap olunmuşdur. Müəllif bu əsərində island dili 
ilə bəzi Avropa dilləri arasında leksik və qrammatik əlaqələ-
rin, oxşarlığın olduğunu müəyyənləşdirmişdir.
Dillərin qohumluğunu müəyyən etmək üçün Rask 
ərazicə island dilinə yaxın olan dilləri də müqayisə etmiş-
dir. Məsələn, island dili ilə kelt, bask, fin və başqa dilləri 
müqayisə etmiş və belə bir nəticəyə gəlmişdir ki, bu dillər 
bir-biri ilə qohum deyil.
Raskın bu əsərində ilk dəfə olaraq əsaslandırılmışdır 
ki, Baltik dillərinin slavyan dilləri ilə əlaqəsi olmasına bax-
mayaraq, bunlar hind-Avropa dilləri ailəsində müstəqil 
budaq təşkil edir.
Adıçəkilən əsərdə Raskın tətbiq etdiyi tədqiqat üsul-
ları, onun metodikası dilçilik elminin gələcək inkişafı üçün 
xüsusi əhəmiyyətə malik olmuşdur. O, ardıcıl müqayisəyə 
geniş yer vermişdir. Tədqiqatdakı bu ardıcıllıq dillər ara-
sındakı qohumluğun dərəcəsini, vəziyyətini müəyyən 
etməkdə başlıca vasitəyə çevrilmişdir. Rask qrammatik 
uyğunluğu qohumluğun ən mötəbər əlaməti hesab edir. 
Buna görə də o, müqayisəli tədqiqatda qrammatik oxşar-
lığa əsaslanmağı ən vacib və zəruri bilir. Rask təcrübədən 
nəticə çıxararaq dillərin qohumluğunu müəyyən etməkdə 
leksik uyğunluğun qətiyyən inandırıcı olmadığını qeyd 
edir. O bu fikri söyləyərkən dillərin birindən digərinə söz 
keçməsi hadisəsinə əsaslanırdı.
“Qədim şimal dili üzərində tədqiqlər, yaxud island 
dilinin mənşəyi” əsərində bir çox maraqlı müşahidələr, el-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
76
mi-nəzəri baxışlar vardır. Bu əsər dat dilində yazıldığına 
görə uzun zaman yarandığı ölkənin (Daniya) sərhədlərini 
aşıb dünya elminə yol tapa bilməmişdi. Lakin həmin əsər 
geniş elm aləminə məlum olduqdan sonra dilçiliyin yeni 
formada inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Şübhə yoxdur ki, F.Boppun və R.Raskın işləyib hazır-
ladıqları müqayisəli-tarixi metodla müasir dilçilikdə istifa-
də olunan müqayisəli-tarixi metod arasında çox ciddi fərq 
vardır. Əvvəllər Avropa dillərinin qohumluq əlaqələrini 
müəyyənləşdirmək üçün yalnız sanskrit yazılarının dili 
əsas götürülürdü. İndi isə müqayisəli-tarixi metodun ümu-
mi tələblərinə uyğun olaraq qohum dillərin müqayisəsi ilə 
onların ən qədim dil vahidlərini aşkara çıxarmaq və onla-
rın ilk şəklini, mənasını bərpa etmək məqsədi güdülür.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin