1. ÜMumi DİLÇİLİk I indd


b) Ümumi rasional qrammatika



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə37/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   33   34   35   36   37   38   39   40   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

b) Ümumi rasional qrammatika. Məlum olduğu kimi
XVII əsrdə başlıca fəlsəfi cərəyan rasionalizm idi. Rasionalizm 
əqlə inanır, fakta bir o qədər əhəmiyyət vermirdi. XVII əsrin 
ortalarında rasionalizm Avropanın bir sıra ölkələrində, xüsu-
silə Fransada daha geniş yayılıb inkişaf etmişdi. Bütün sahələri 
əhatə edən rasionalizm məntiq elmi vasitəsilə dilçiliyə də daxil 
olmuşdur. Rasionalizmin tələbi əsasında dilçilikdə ümumi, ra-
sional qrammatika yaratmaq ideyası meydana çıxmışdı.
Dünyada mövcud olan yüzlərlə dildən elə biri tapıl-
maz ki, onda başqa dillərdə olan ümumi cəhətlərə təsadüf 
edilməsin. Deməli, dillərin varlığını şərtləndirən fərq-
li cəhətlərlə bərabər bütün dillərdə olan ümumi cəhətlər 
də mövcuddur. XVII əsrdə dillərin bu ümumi cəhətləri 
nəzərə alınıb, 1660-cı ildə Fransada ən böyük elm və maarif 
1
Bax: В.И.Кодухов. Общее языкознание. M., 1974, c. 18.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
67
mərkəzi olan Por-Royal monastırında monax məntiqşünas 
Anton Arno və dilşünas Klod Lanslo tərəfindən ilk rasio-
nal qrammatika yaradılmışdır. Bu qrammatika “bütün dil-
lərdə ümumi nə varsa” ona əsaslanmağı qarşıya məqsəd 
qoymuşdu. Por-Royalda meydana çıxmış qrammatikanın 
adı çox uzundur
1
. Bu əsər elmi ədəbiyyatda qısaldılmış 
formada bir neçə adla göstərilir
2
. Bunlardan daha münasib 
ad “Por-Royal qrammatikası” hesab olunur. Bu əsərdə deyi-
lir: “Bütün insanlar üçün bir məntiq olduğundan, bütün 
dünya dilləri üçün də yalnız bir qrammatika vardır”.
Öz həcminin böyüklüyü ilə diqqəti cəlb edən “Por- 
Royal qrammatikası” iki hissədən ibarətdir. Birinci his-
səyə – fonetika məsələlərinə 6 fəsil, ikinci hissəyə – qram-
matika problemlərinə isə 24 fəsil həsr edilmişdir.
“Por-Royal qrammatikası” məntiqi müddəalar üzərin-
də qurulmuşdur. Burada əsas məqsəd “bütün dillər üçün 
ümumi olan və onlarda təsadüf edilən başlıca fərqləri” aş-
kara çıxarmaqdır. Bu əsərin müəlliflərinin fikrincə, qram-
matika məntiqə əsaslanmalıdır. Həmin kitaba görə, mən-
tiqsiz qrammatikanı təsəvvür etmək olmaz. 
“Por-Royal qrammatikası”nın müəllifləri məqsədlə 
bağlı olaraq əsərdə bir neçə konkret dilin – qədim yəhudi, 
qədim yunan, latın və fransız dillərinin materiallarından 
istifadə etmişlər. Fransız dilində yazılmış bu qrammatika 
Avropa xalqlarından bir neçəsinin dilinə tərcümə edilmiş və 
uzun zaman əsas qrammatika kimi istifadə olunmuşdur.
Dilçiliyin tarixində “Por-Royal qrammatikası”nın xü-
su si əhəmiyyəti vardır. Bu əsər dilçilik elminin inkişafı 
1
A.Arnaud, C.Lancelot. Grammaire generale et raisonnee contenant les fondemmens de l’art 
de parler, expliques d’une maniere claire et naturerelle; les rasions de ce qui est commun a, 
toutes les langues, et des princirales ditferences qui sy rencontrent; et rlusieurs remarques 
nouvelles sur la langue francaise, Paris, 1960.
2
Т.А.Амирова, Б.А.Олховников, Ю.В.Рождественский. Очерки по истории лингвисти-
ки. M., 1975. c. 267.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
68
tarixində yeni səhifə açmışdır. “Por-Royal qrammatika-
sı”nda dilin quruluşunun dərin təhlili verilmiş, yeni dilçi-
lik ənənəsinin bünövrəsi qoyulmuşdur. Bu əsər yarandığı 
tarixdən dilin geniş elmi tədqiqi başlanmışdır. “Por-Royal 
qrammatikası”nın qaldırdığı məsələlər dilçiliyin aktual 
problemləri olmuşdur
1
.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin