1. ÜMumi DİLÇİLİk I indd


) Dilin bütövlüklə obyektə çevrilməsi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə33/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   29   30   31   32   33   34   35   36   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2) Dilin bütövlüklə obyektə çevrilməsi. Keçmiş dövr-
lərdə dilçiliyin obyekti ancaq dilin bu və ya digər hadisələ-
ri – söz, nitq hissələri, cümlə və sair idi. Lakin İntibah 
dövründə tədqiqatçılar dilin ayrı-ayrı hadisələri üzərində 
düşünməklə məhdudlaşmayıb, dili təşkil edən bütün va-
hidlərin və bu vahidlərə aid olan hadisələrin məcmusu ilə 
maraqlanmağa başlamışlar. Buna görə də dil bütövlükdə 
tədqiqat obyektinə çevrilmişdir.
3) Dilin mənşəyi probleminin diqqəti cəlb etməsi. Bu 
dövrdə dilin mənşəyinin ümumi nəzəriyyəsi ilə dünyanın 
bir sıra ölkələrinin görkəmli mütəfəkkirləri məşğul olmuş-
lar. Həmin alimlər tərəfindən dilin mənşəyi haqqında əv-
vəlki dövrlərdən fərqli olan çox cəsarətli elmi-nəzəri fikir-
lər, mülahizələr yürüdülmüşdür. İntibah dövrünün alim-
ləri dilin ilahi qüvvə tərəfindən yaradılması fikrinə qarşı 
çıxaraq onu əsaslı surətdə inkar etmişlər. Dil məsələsinə 
dair “İlahi nəzəriyyə”nin inkarı o dövrün elmində irəliyə 
doğru proqressiv və ən böyük addım idi.
XVIII əsrin alimləri dilin əmələgəlmə tarixini insan-
laşma prosesinin tarixi ilə əlaqələndirmişlər. Jan Jak Russo 
“Dillərin əmələ gəlməsinə dair təcrübə” (1761) və İohan Her-
der (Johann Herder) “Dilin mənşəyinə dair tədqiqat” (1772) 
adlı əsərlərində dilin mənşəyi problemindən bəhs edərək, 
onun (dilin) meydana çıxmasının insanla bağlı səbəbini 
aydınlaşdırırlar. Hər iki əsərdə dilin yaranma səbəbinin 
insan olduğu göstərilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
63
4) Öyrənilən dillərin sərhədinin genişlənməsi. Dövrün 
tarixi hadisələri, o cümlədən coğrafi kəşflər, ticarətin inki-
şaf edib genişlənməsi, dünya səyahətləri yeni-yeni dillərlə 
tanışlığa səbəb olurdu. Bunun nəticəsində isə dilçilikdə bir 
çox dilin əhatə olunması üçün imkan yaranırdı. Ayrı-ayrı 
dillərlə tanışlıq get-gedə artdıqca dilçilik məsələlərinə ma-
raq da güclənirdi. Ümumiyyətlə, dilçilik elmi birinci dəfə 
olaraq İntibah dövründə dillərin müxtəlifliyi problemi ilə 
qarşılaşmış və bu əsrlərdə həmin məsələnin elmi həllində 
müəyyən işlərin bünövrəsi qoyulmuşdur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin