Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
91
Naturalizm ancaq Şleyxerin yaradıcılığına aid deyil.
Dilin bioloji konsepsiyası başqa bir sıra dilçilərin də əsər-
lərində özünə yer tapmışdır.
Dilçilikdə XIX əsrin sonu, XX
əsrin əvvəllərində də naturalizmin tərəfdarları olmuşdur.
Dilçilikdə məntiqizm cərəyanı
XIX əsrin ortalarında dilçilikdə inkişaf etmiş cərəyan-
lardan biri
məntiqizm cərəyanı hesab olunur. Bu cərəyan
XIX əsrin I yarısından formalaşmağa başlamış və get-gedə
onun tərəfdarları artmışdı.
Dilçilikdə məntiqizm cərəyanının ən görkəmli nümayən-
dələrindən biri
Karl Bekker (Karl Bekker, 1775–1849) olmuşdur.
K.Bekker məntiqlə qrammatikanın həqiqi sərhədini müəyyən
edə bilmirdi. Buna görə də məntiqin cümlə və sair haqqında
olan qanunlarını eynilə qrammatikaya tətbiq edirdi. Onun tətbiq
forması çoxları tərəfindən məqbul hesab edildiyi üçün uzun illər
müasir dillərin qrammatikalarında istifadə olunmuşdur.
Dilçilikdə məntiqizm cərəyanı dilin quruluşuna, mor-
fo loji əlamətlərə və cümlə növlərinə deyil, onların semanti-
ka sına üstünlük verirdi. Ona görə həmin cərəyanın təsiri
al tında yazılan qrammatikalarda semantikanın izahı qram-
matik araşdırmaları üstələyirdi.
Məntiqizm cərəyanı rus
dilçiliyində də özünə geniş
yer tapmışdır. Burada həmin cərəyanın bir sıra tərəfdarları
meydana çıxmışdır. Rusiyada məntiqizm cərəyanının məş-
hur nümayəndəsi Buslayevdir.
Dostları ilə paylaş: