Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
88
terminini özündən əvvəlkilərdən fərqli mənada işlətmiş,
bu terminə daha çox təbiətşünaslıq çalarlığı vermişdir.
Məlumdur ki, Ç.Darvin bütün canlı orqanizmlərin xari-
ci mühitin tələblərinə uyğun olaraq təkmilləşmə istiqamətin-
də inkişaf etdiyini kəsb etmişdi. Onun müəyyənləşdirdiyinə
görə, bütün canlı orqanizmlər doğulur, inkişaf edir, xarici
mühitin tələblərinə uyğun olaraq yeni keyfiyyətlər kəsb edir,
doğub törəyir, qocalır və ölür. A.Şleyxer dilə də eyni ölçü ilə
yanaşır. O, belə hesab edir ki,
dil də canlı orqanizm kimi doğulur,
inkişaf edir, qol-budaq atır (dialektlərin qohum dilə çevril-
məsini o, doğulma kimi başa düşür), qocalır və ömrünü başa
vurduqdan sonra ölüb sıradan çıxır. A.Şleyxerin bu nəzəriy-
yəsi canlı qüvvələrin törənişi və inkişafı ilə eyniləşdirildiyinə
görə həm də
“vulqar nəzəriyyə” adlandırılır.
Beləliklə, Şleyxer dili canlı orqanizmlə eyniləşdirmiş-
dir. Şleyxerə görə, dil başqa canlı orqanizmlərdən – hey-
vanlardan və bitkilərdən mahiyyətcə qətiyyən fərqlənmir.
Buna görə də deyir ki, Darvinin heyvan və bitkilər üçün
müəyyən etdiyi növlər, bu növlərə aid qanunlar eynilə də
dilə aid edilə bilər.
A.Şleyxerin dilə canlı orqanizm kimi baxması dilçilərin
diqqətini cəlb etmiş və bu haqda bəzən tənqidi mülahizələr
meydana çıxmışdır. İlk dəfə olaraq Şleyxerin bu mülahizəsi-
ni tənqid edən məşhur dilçi İohani Madviq deyirdi: “
Dil boy
atan, sonra laxlayan və nəhayət, mütləq ölən müstəqil orqanizm
deyil; dil xalq içərisində və xalqla birlikdə yaşayır”. Aleksandr
Potebnya yazırdı ki, dili canlı orqanizm adlandırmaq dil
haqqında heç bir şey söyləməmək deməkdir.
Dostları ilə paylaş: