Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
89
ibarətdir. O, ulu dilin bərpa olunmasını
mümkün hesab
edirdi. Lakin bunun son dərəcə çətin olduğunu da göstə-
rirdi. A.Şleyxerin fikrincə, bütün dünya dilləri üçün bir ulu
dil müəyyən etmək olmaz, çünki dünyada bir dil deyil, bir
çox ulu dillər olmuşdur. A.Şleyxer ulu dildən bünövrə di-
lin yarandığını söyləyir. Sonra bu bünövrə dilin dillərə,
dillərin dialektlərə, dialektlərin isə yarımdialektlərə ayrıl-
dığını qeyd edir.
A.Şleyxerə görə, bir ulu
dildən törəmiş bütün dillər
dil qəbiləsi (yaxud, dil ağacı) təşkil edir, sonradan bu, dil
ailəsinə (yaxud, dil budağına) bölünür.
A.Şleyxer özü hind-Avropa dilləri üçün ulu dil müəy-
yənləşdirmək problemini həll etməyi qarşısına məqsəd qoy-
muşdur. Bunun üçün o, uzun
illər müxtəlif dilləri müqa-
yisə etmiş, geniş və dərin axtarışlar aparmışdı. Tədqiqatçı
hind-Avropa ulu dilini – tarixdə məlum olmayan xalqın
ulu dilini tapmaq yolunda müəyyən nəticəyə gəlmişdi. O,
təsəvvür etdiyi həmin ulu dildə hətta təmsil də yazmışdır.
1
A.Şleyxerin ulu dil məsələsi ilə məşğul olması dilçilik-
də müəyyən əhəmiyyət kəsb etmişdir. Onun hind-Avropa
ulu dili üçün hazırladığı metodika və başqa problemlər
dilçilikdə bir sıra yeni ideyaların meydana çıxmasına sə-
bəb olmuşdur.
4. Qohum dillər ağacı nəzəriyyəsi. A.Şleyxer dil ailələ-
rinin təbii-tarixi mənzərəsini aydınlaşdırmaq üçün
qo-
hum dillər ağacı nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyə
hind-Avropa dillərinin qohumluğunun tədqiqi əsasında
qurulmuşdur.
A.Şleyxer hind-Avropa dillərinin qarşılıqlı münasibə-
tini,
bir-biri ilə əlaqəsini, inkişafını ətraflı təhlil etmişdi. O,
hind-Avropa dillərinin formalaşma prosesini müəyyənləş-
1
A.Şleyxerin hind-Avropa ulu dilində tərtib etdiyi təmsil. Bax: В.А.Звегинцев.
История
языкознания XIX и XX веков в очерках и извлечениях. Часть I, М., 1960, c. 105.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
90
dirərkən onların təşəkkülü və inkişafını qollu-budaqlı nəhəng
“ağac” kimi təsəvvür etmiş və buna dair sxem vermişdir.
Hind-Avropa dilləri sxemində hind-Avropa ulu di-
lindən iki qol (bünövrə dil) ayrılır. Bu qollardan birincisi
iki budağa bölünür: hind-İran və Cənubi Avropa (yunan,
İtaliya və kelt). İkinci qol da iki budağa ayrılır: bunlardan
birini slavyan və litva dili, digərini isə german dilləri təşkil
edir.
A.Şleyxer bu ağacla hind-Avropa dillərinin yaranma-
sını, qruplarını
və ümumiyyətlə, tarixi əlaqələrini əyani
surətdə göstərməyə çalışmışdır. Onun qohum dillər ağacı
nəzəriyyəsi hind-Avropa dillərinin qohumluğunu aydın-
laşdırmaqda xüsusi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: