1. ÜMumi DİLÇİLİk I indd


Ümumi nəzəri dilçiliyin yaranması



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə43/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   39   40   41   42   43   44   45   46   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Ümumi nəzəri dilçiliyin yaranması
XIX əsrin əvvəllərində bir çox dünya dillərinin kon-
kret müqayisəli-tarixi tədqiqi əsasında nəzəri dilçilik ya-
ranmağa başlamışdır. Bu proses ilk növbədə Humboldtun 
adı ilə bağlıdır.
Vilhelm fon Humboldt (Wilhelm von Humboldt, 
1767–1835). Alman alimi Vilhelm fon Humboldt XIX əsrin 
ən böyük şəxsiyyətlərindəndir. O, tarixdə filosof, filoloq, 
dövlət xadimi... kimi məşhurdur. Təsadüfi deyil ki, V.Tom-
sen onu “alman xalqının böyük oğlu” adlandırmışdır.
Vilhelm Humboldt dilçilik məsələləri ilə hələ dövlət 
işlərində fəaliyyət göstərərkən maraqlanmışdır. O, 1799-cu 
ildə bildirmişdi ki, gələcəkdə bir sıra dilləri müqayisə et-
məyi öz qarşısına məqsəd qoymuşdur. Humboldt çoxlu dil 
öyrənmişdi. O, bask, sanskrit, çin, malay-polinezi, Avro-
pa dilləri, Amerika hindilərinin dilləri ilə filoloji aspek-
tdə məşğul olmuş, ciddi axtarışlar aparmışdır. Alim öz 
tədqiqatında bu göstərdiyimiz dillərlə məhdudlaşmayıb, 
yeri gəldikcə qədim Misir, yapon və başqa bir sıra dün-
ya dillərinin materiallarından da istifadə etmişdir. Çoxlu 
dünya dilləri ilə elmi cəhətdən məşğul olmaq Humbold-
tun dilçilik görüşlərinin əhatə dairəsini son dərəcə geniş-
ləndirmişdir. Vilhelm Humboldt müxtəlif dillər üzərində 
apardığı müşahidələr əsasında belə bir nəticəyə gəlmiş-
dir ki, dilçiliyin özünün nəzəri bazası olmalıdır. Bu baza 
qohum olmayan müxtəlif dünya dillərinin faktlarının 
ümumiləşdirilməsinə əsaslanmalıdır. Onun özü yaratdı-
ğı nəzəriyyə ilə dilçiliyin inkişaf tarixində ümumi nəzəri 
dilçiliyin bünövrəsini qoymuşdur.
Dilçiliyin nəzəri məsələlərinə dair Humboldta qədər 
də müəyyən mülahizələr yox deyildi. Lakin Humboldt 
təlimi özündən əvvəlkilərdən başlıca olaraq iki cəhətdən 
fərqlənirdi. Birincisi, Humboldtun toxunduğu problemlə-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
79
rin miqyası çox geniş idi. İkincisi, o öz nəzəriyyəsini müqa-
yisəli-tarixi metodun nailiyyətləri əsasında qururdu. Bü-
tün bunlara görə də XIX əsrin əvvəllərində Humboldtun 
mövqeyi dilçilik elminə yeni istiqamət verirdi.
Vilhelm Humboldt dilçilik sahəsindəki tədqiqatına 
bask dilindən başlamış, sonra sanskrit, kavi dilləri üzə-
rində ciddi tədqiqatını davam etdirmişdir. Onun dilçilik 
görüşlərinin mərkəzi kavi dili ilə bağlı tədqiqatda özünə 
geniş yer tapmışdır.
Vilhelm Humboldtun dilçilik sahəsində fəaliyyəti, 
əsasən, 1820-ci ildən başlamışdır. O, həmin ildə akademi-
yada dillərin müqayisəli öyrənliməsinə dair məruzə etmiş 
və orada dilçilik elminin müstəqil formalaşmasını əsaslan-
dırmış, onun mövzu və sərhədini müəyyən etmişdir. Hə-
min məruzədə V.Humboldtun dilçilik sahəsində görəcəyi 
gələcək işin proqramı verilmişdir.
Bununla bərabər, qohum və yad dillərin tipoloji mü-
qa yisəli qrammatikasının yaradılması zəruriliyini söylə-
mişdir. O, ümumi qrammatikanın əleyhinə idi. Çünki bu 
tipli qrammatikalar dillərin müstəqilliyini inkar edirdi. 
Onun “Qrafik yazı haqqında və dilin quruluşu ilə onun əlaqəsi” 
(1824), “Yazının dillə əlaqəsi haqqında” (1836) və sair əsərləri 
çap olunmuşdur. Vilhelm Humboldtun dilçiliyə həsr etdiyi 
ən böyük əsəri ölümündən sonra qardaşı Aleksandr Hum-
boldtun çap etdirdiyi “Yava adasındakı kavi dili haq qın da” 
(1836–1839) adlı 3 cilddən ibarət tədqiqatıdır. Müəllif bu 
əsərə geniş nəzəri giriş vermişdir. Tədqiqatçıların müstəqil 
əsər hesab etdikləri bu nəzəri girişdə Humboldt özünün 
mühüm dilçilik görüşlərini şərh etmişdir.
Humboldt əsərlərində ilk növbədə dilçiliyin məqsəd 
və vəzifələrini müəyyənləşdirməyə, dilçiliyin fəlsəfə ilə 
əlaqəsini aydınlaşdırmağa səy göstərmişdir. Onun dilçilik 
görüşlərinin əhatə dairəsi çox genişdir. O, XIX əsr dilçiliyi-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
80
nin bütöv sistemini yaratmışdır. Bu sistemin əsasını dilçili-
yin aşağıdakı ən mühüm problemləri təşkil edir:
1) dilin mahiyyəti;
2) dilin forması;
3) dillə təfəkkürün münasibəti;
4) dilin mənşəyi və onun inkişafı;
5) dillərin tipoloji təsnifi və s.
Vilhelm Humboldt dilin mahiyyətinə geniş təhlil ver-
mişdir. Onun bu məsələyə dair izahı dilçilik elminin inkişa-
fı üçün xüsusi mahiyyətə malikdir. Dilin forması haqqında 
Humboldt təlimi bu gün də öz qiymətini saxlamaqdadır.
Dillə təfəkkürün münasibəti problemi Humboldtun 
əsərlərində öz geniş elmi şərhini tapmışdır. Məlumdur ki, bu 
problemə hələ antik dövrün mütəfəkkirləri də toxunmuşlar, 
lakin heç bir alim bunu xüsusi tədqiqat obyekti seçməmiş və 
haqqında ətraflı elmi söhbət açmamışdır. Humboldt dil və 
təfəkkürün bölünməz dialektik vəhdətdə olduğunu qeyd edir.
Dilin mənşəyindən bəhs edəndə Humboldt dili xalqın 
və eyni zamanda ayrı-ayrı fərdlərin məhsulu hesab edir. 
Onun fikrincə, dil ayrı-ayrı adamlarda yaşayır.
Humboldt bütün dillər arasında əlaqə olduğunu aydın-
laşdırmağa çalışmışdır. O, dil tiplərini müəyyən etmiş və bu 
tiplərin yaxınlığına görə dillərin tipoloji təsnifini vermişdir.
Humboldt dil tiplərini dildəki söz və cümlələrin quru-
luşunda olan ümumi cəhətləri aşkar etmək üsulu ilə müəy-
yənləşdirmişdir. O, dünya dillərini dörd tipə bölmüşdür: 
amorf (kök), aqlütinativ, polisintetik və flektiv dillər. Hum-
bol dt bu dil tiplərini eyni zamanda dillərin inkişaf mər-
hələləri hesab edirdi. Onun fikrincə, guya kök dillər, o 
cümlədən çin dili hələ təkmilləşməmiş dildir. Flektiv dillər 
isə çox inkişaf etmiş dillərdir.
Humboldtun dilçilik və fəlsəfi düşüncələri ziddiy-
yətlidir. O, bəzi məsələləri idealist mövqedən həll edir-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
81
di. Onun idealist baxışları dilin mənşəyi problemində, 
tipoloji konsepsiyada və sair məsələlərdə özünü göstərir. 
Humbold tun əsərlərindəki idealist ünsürlər, ümumiy-
yətlə, onun yaradıcılığına müəyyən dərəcədə mənfi təsir 
göstərirdi. Humboldtun fəaliyyətindəki idealistlik onun 
dövründən gələn təsir idi. O, bir çox məsələlərin həllində 
bu təsirə məruz qalmır, ona əks-müqavimət göstərərək ha-
disələrin həqiqi elmi şərhini verirdi.
Dilçilik sahəsində Vilhelm Humboldtun irəli sürdüyü 
ideyalar dövrün linqvistik fikir zirvəsini təşkil etmişdir. 
Nəzəri dilçiliyin əsas problemləri Humboldt ideyaları əsa-
sında inkişaf etmişdir. Onun qaldırdığı mühüm məsələlə-
rin bir çoxu hazırda da müasir dilçiliyin zəruri tədqiqat 
obyektini təşkil edir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin