6. DİLÇİLİK VƏ PEDAQOGİKA Pedaqogika – tərbiyə, təhsil və təlim haqqında elm-
dir. Pedaqogika elmində tərbiyə, təhsil və təlimin məzmun
və məqsədi aydınlaşdırılır, onların qanunauyğunluqları
göstərilir.
Dilçilik elmi ilə pedaqogika arasında çoxdan möh-
kəm əlaqə yaranmışdır. Bu əlaqə daha çox təhsil və təlim
sahələri ilə bağlıdır. Dilçiliklə pedaqogika arasında qarşı-
lıqlı əlaqə nəticəsində tədris üçün zəruri olan vacib prob-
lemlər öz elmi həllini tapa bilir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
163
Dilçiliklə pedaqogika elminin sıx əlaqəsini pedaqoji dilçilik adlandırmaq olur.
Pedaqoji dilçilik. Pedaqoji dilçilik dil tədrisi məsələləri
ilə məşğuldur. Dil tədrisi dilçiliyin tətbiqi sahəsinin prob-
lemlərinə aiddir.
Dil tədrisinin nəzəri-linqvistik əsaslarını dilçilik elmi
verir. Məsələn, fonetika şöbəsinə nəzər yetirək. Dilçilik bu
şöbədə səs və fonem anlayışlarını dəqiqləşdirir, dilin fo-
nem sistemini xarakterizə edir, fonemlərin sait və samitə
görə fərqini aydınlaşdırır, bunlara aid elmi təsniflər aparır
və sair. Bütün bu kimi elmi məsələlər fonetikanın linqvis-
tik əsaslarını təşkil edir. Pedaqogika elmi isə dil tədrisinin
ümumi və konkret metodiki məsələlərini işləyir, tədrisin
səmərəli yollarını müəyyənləşdirir, hər iki elmin nəticələri
əsasında dil tədrisi öz məqsədinə çata bilir.
Azərbaycan dilinin tədrisi metodikası sahəsində ça-
lışan mütəxəssislər dilçilik elminin nəzəri müddəaları-
nın tədrisdə böyük rolunu çox düzgün qiymətləndirir-
lər. “Azərbaycan dili tədrisi metodikasının qida aldığı və
öz müddəalarını qurarkən əsaslandığı mənbələrdən biri
Azərbaycan dilçiliyinin əldə etdiyi nəticələr, onun verdiyi
məlumatlardır”
1
. Daha bir elmi pedaqoji ədəbiyyatda de-
yilir: “Dilçilik və onun şöbələri dil tədrisi metodikası elmi-
nin linqvistik əsaslarını təşkil edir”
2
.
Dilçiliklə pedaqogika elminin nəzəri və praktik
əlaqələri hər iki elmin müasir inkişaf səviyyəsinə çatma-
sında mühüm rol oynamışdır.
1
Ə.Fərəcov. Qrammatik məfhum və onun mənimsənilməsinin bəzi məsələləri. Bakı, 1970, səh. 4.
2
H.B.Balıyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 1988, səh. 15.