1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə89/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   85   86   87   88   89   90   91   92   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

5. DİLÇİLİK VƏ PSİXOLOGİYA
Psixologiya – insan psixologiyasında baş verən qa-
nunauyğunluqları və mexanizmləri öyrənən elmdir. Bu 
mexanizmlər içərisində nitq, ünsiyyət və təfəkkür pro-
seslərinin tədqiqi dilçilik və psixologiya elmlərini hansı 
nöqtədə isə birləşdirir və əlaqələndirir. Hələ XIX əsrdə 
dilə fərdi psixoloji baxışın dilçilik elminə dərindən nüfuz 
etməsi nəticəsində dilçilikdə psixologizm cərəyanı meydana 
çıxmışdır
2
.
Dilçilik tədqiqatında psixoloji istiqamətlərdən ilk 
növbədə A.A.Potebnya, Q.Paul, V.Matezius istifadə 
edərək təfəkkür və başqa psixi proseslərin nitq və ifadə-
sini, sözün məcazi mənası, təktərkibli və sual cümlələ-
ri, cümlə üzvlərinin xüsusiləşməsi, aktual üzvlənmə və 
başqa dil kateqoriyalarını öyrənmişlər. Psixoloji tədqiqat-
larda dilçilik problemlərinin ətraflı və dərindən öyrənil-
məsi nəticəsində psixolinqvistika // psixoloji dilçilik sahəsi 
meydana çıxmışdır
3
.
1
Bax: A.Qurbanov. Dilçilikdə məntiqizm cərəyanı. “Ümumi dilçilik”. Bakı, 1977, səh. 60-61.
2
Bax: Yenə orada, səh. 61-62.
3
O.C.Axманова. О психолингвистике. M., 1975; A.A.Леонтьев. Языкознание и пси хо ло-
гия. M., 1966; Yenə orada. Психолингвистика. Л., 1967.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
162
Avropa ölkələri və Yaponiya alimləri ilə yanaşı, 
başqa ölkələrin alimləri də psixolinqvistika sahəsində 
çox maraqlı tədqiqatlar aparmışlar. Bu tədqiqatlarda nitq 
fəaliyyəti, nitq və qavrayış, nitq mexanizmi, radio veri-
lişlərində nitqin mənimsənilmə xüsusiyyətləri, vurğunun 
mənimsənilməsi, danışıq səsləri etalonları, qrammatik 
kateqoriyaların dərk edilməsi, qrammatik təhlillərin pa-
tologiyası, daxili nitq fasiləsinin mənimsənilməsi, nitq 
axınında sözün quruluşu və s. məsələlər araşdırılır. Dil-
çi alimlərin öz tədqiqatlarında psixolinqvistikanın əldə 
etdiyi nəticələrdən istifadə etməsi, şübhəsiz ki, onların 
işinə müsbət təsir göstərir. Nitqin daxili cəhətini öyrənən 
dilçi müəyyən psixoloji hadisələrdən yan keçə bilməz. 
Məsələn, nitqin növləri həm dilçini, həm də psixoloqu 
maraqlandırır.
Müasir dövrdə mürəkkəb mahiyyətli insan və səs 
probleminin həlli təkcə dilçilikdə yox, həm də pisxologiya 
ilə bağlıdır. Bunun ətraflı elmi tədqiqi və təhlili hər iki el-
min tələblərinə əsaslanmalıdır.
Dilçilik elminin psixologiya ilə əlaqəsi müasir linqvis-
tika elminin daha da inkişafına öz faydalı təsirini göstər-
məkdədir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin