Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
153
luğu ilə bağlıdır. Məlumdur ki, ədəbiyyatşünaslığın obyekti
olan söz sənəti – bədii ədəbiyyat dilsiz qeyri-mümkündür.
Bununla bərabər bədii ədəbiyyat vaxtilə dildə baş verən və
hazırda mövcud olan hadisələri mühafizə edən vasitədir.
Buna görə də bədii ədəbiyyat dilçilik tədqiqatı üçün başlı-
ca mənbədir. Hər bir fakta aid misallar, nümunələr də ən
çox ədəbiyyatdan götürülür. Məsələn, sintaksis şöbəsinə
nəzər yetirək. Burada cümlənin növləri şərh olunarkən hər
bir növə aid fərqli əlamətlər, xarakterik cəhətlər məhz bədii
ədəbiyyatdan götürülən nümunələr üzərində təhlil olunur.
Yaxud, onomalogiyanın bir sahəsi olan poetik onomastika
bədii əsərlərdəki xüsusi adları öyrənir.
Dilçiliyin ədəbiyyatşünaslıqla əlaqəsi qarşılıqlı və
çoxcəhətlidir. Dil haqqında
elmin elə problemləri, zəruri
məsələləri vardır ki, onları ədəbiyyatşünaslığın köməyi ol-
madan həll etmək imkan xaricindədir.
Dil haqqında elmin ədəbiyyatşünaslıqla əlaqəsi aşağı-
dakı sahələrdə daha bariz şəkildə özünü göstərir
1
.
Dil tarixinin tədqiqində. Dilin tarixi ədəbiyyatın tarixi
ilə ayrılmaz şəkildə bağlıdır. Bu hər iki ictimai hadisənin
inkişafı prosesində bir ümumilik, paralellik mövcuddur.
Bunların arasındakı münasibət sadə analogiya olmayıb,
qarşılıqlı təsir xarakterindədir.
Dil
tarixinin, əsasən,
ədəbi dil tarixi sahəsi ədəbiyyat
tarixi ilə daha çox əlaqəlidir. Doğrudan da, “üslublar, ifa-
dələr, terminlər, ayrı-ayrı alimlərin, yazıçı və şairlərin dil
və üslub xüsusiyyətləri, ümumiyyətlə, dil tarixini aydın-
laşdırmaqda çox mühüm və mötəbər mənbələrdəndir”
2
.
XVIII əsr Azərbaycan ədəbi dilinin inkişafı şərh olu-
narkən başqa bir sıra mənbələrlə yanaşı, M.P.Vaqifin ya-
1
В.И.Кодухов. Введение в языкознание. M., 1979, c. 10.
2
Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979, səh. 28.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
154
radıcılığına müraciət edilməsə,
həmin dövrün dil tari-
xi məsələləri düzgün aydınlaşdırıla bilməz. Eləcə də
M.F.Axun dovsuz XIX əsrin, C.Məmmədquluzadə və Sabir-
siz XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili məsələlə-
rini işıqlandırmaq qeyri-mümkündür. Deməli, müxtəlif
dövrlərdə yaşayıb-yaratmış hər bir məşhur söz sənətka-
rının ədəbi-bədii fəaliyyəti dil tarixinin əsaslı öyrənilməsi
üçün də çox əhəmiyyətlidir.
Üslubiyyat məsələlərinin həllində. Üslubiyyat filologiya-
nın ən mürəkkəb sahəsini təşkil edir. Bu məsələlərlə filoloji
aspektdə həm dilçilik, həm də ədəbiyyatşünaslıq məşğul
olur. Üslubiyyat məsələlərinin həllində hər iki filoloji elmin
qarşılıqlı əlaqəsi çox konkret şəkildə özünü göstərir. Belə ki,
dilçilik ədəbiyyatşünaslığın, ədəbiyyatşünaslıq da dilçiliyin
nailiyyətlərindən, tədqiqat üsullarından geniş istifadə edir.
Bütün bunlarla belə, üslubi
məsələlərlə bu elmlərin
münasibətində fərqli cəhətlər də mövcuddur. Dilçilik-
də ünsiyyətin məqsəd və məqamından asılı olaraq dil va-
sitələrinin istifadəolunma xüsusiyyətlərindən bəhs olunur.
Üslubiyyatla məşğul olan dilçi alim dilin fonetik, leksik və
qrammatik üslubu imkanlarını təhlil edir
1
. Lakin ədəbiyyat-
şünaslıqdan fərqli olaraq, üslubiyyat məsələləri izah olu-
narkən ədəbi proseslərlə, bədii cərəyanlarla bağlı məsələlərə
müraciət edilir. Üslub ədəbiyyatşünaslıqda yazıçının qələmi
ilə dünyagörüşünün vəhdəti kimi təsəvvür olunur.
Üslubiyyat məsələlərinin
həllinə həm dilçilik
2
, həm
də ədəbiyyatşünaslıq mövqeyindən yanaşıldığı üçün iki
formada üslubiyyat meydana gəlmişdir:
a) linqvistik üslu
biyyat; b) bədii üslubiyyat, yaxud ədəbiyyatşünaslıq üslubiyyatı.
1
Üslubiyyat – iki ünsürün birləşməsindən əmələ gəlmişdir. Ərəb dilinə məxsus olan “
üslub”
sözü düzmək, tərz mənasını bildirir. Beynəlxalq məzmun kəsb edən “
stilistika” termini isə
yunanca “qələm” mənasını bildirən “
stil” sözündəndir.
2
Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
155
Bədii ədəbiyyatın dil xüsusiyyətlərinin aydınlaşdı-
rılması ilə həm ədəbiyyatşünaslıq, həm də dilçilik elmi
məşğul olur. Ədəbiyyatşünaslığın xüsusi şöbələrindən
biri olan ədəbiyyat nəzəriyyəsində
bədii əsərin dilinin
nəzəri məsələləri şərh olunur. Burada dilçiliyə məxsus bir
çox anlayışlar, o cümlədən dilin lüğət tərkibi, leksik sis-
tem, arxaizm, neologizm, vulqarizm, dialektizm, sinonim,
çoxmənalılıq, məcazi məna, intonasiya və sair haqqında
elmi məlumatlar verilir. Bu məlumatlar dilçiliyin əldə et-
diyi nailiyyətlərə əsaslanır.
Bədii əsərlərin dilinin öyrənilməsində dilçi ilə ədəbiyyat-
çının tədqiqat üsulunda müəyyən fərqlər olur. Dilçi bədii
mətni linqvistik baxımdan tədqiq edir. Bu o deməkdir ki,
dilçi bədii əsərin dilini təhlil edərkən yazıçının nitq fəaliy-
yətini, dildən istifadə bacarığını aydınlaşdırmağa çalışır.
Lakin ədəbiyyatçı dili bədii formanın
ünsürü kimi izah
edir.
Bədii ədəbiyyatın dili istər dilçilik və istərsə də ədə-
biyyatşünaslıq baxımından təhlil olunarkən hər iki elmin
nailiyyətlərindən qarşılıqlı şəkildə istifadə olunur, bunun
da nəticəsində elmi əlaqə daha da möhkəmlənir.
Dostları ilə paylaş: