Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
158
yatşünaslıq, məntiq, tarix, psixologiya,
pedaqogika, fizio-
logiya və s. aid nəzəri məlumatlara da rast gəlinir. Qədim
yunan filosofu
Aristotel bu cəhətdən dahi ensiklopedik bi-
liyə malik şəxsiyyət olmuşdur. Onun məşhur
“Poetika” əsə-
rində müxtəlif dil hadisələri dialektik inkişaf qanunauyğun-
luqları əsasında şərh olunur
1
. Buradan məlum olur ki, lap
qədim dövrdən dilçilik fəlsəfənin tərkib hissəsi olmuşdur.
Qədim yunan filosoflarından Platon, Demokrit öz əsərlə-
rinin bir qismini dilçiliyin fəlsəfi problemlərinə həsr etmişlər.
Orta əsrlər dövründə dilçiliyin
fəlsəfi aspektdə tədqiqi
daha geniş yayılmışdır. Bu dövrün görkəmli filosofları F.Be-
kon, C.Lokk fəlsəfi dilçilik sahəsində xüsusi təlim yaratmışlar
2
.
Əsrlər ötdükcə dilçilik fəlsəfənin tərkibindən ayrılaraq
xüsusi elmə çevrilsə də, filosoflar dilə olan maraqlarını heç
vaxt azaltmamışlar. XX əsrdə fəlsəfə ilə dilçilik arasındakı
əlaqələrdə bir sıra mühüm problemlər diqqət mərkəzində
durmuşdur. Burada fəlsəfi təfəkkürlə dil arasında çox yaxın
əlaqələrin mövcudluğu əksəriyyət tərəfindən təsdiq edil-
mişdir. Bu əlaqələr içərisində dilçiliyin nəzəri əsasları, dilin
ictimai şüurun bir forması kimi öyrənilməsi, dil qanunauy-
ğunluqlarının obyektivliyi və s. problemlərin tədqiqi fəlsəfə
ilə dilçiliyi qırılmaz tellərlə bir-birinə bağlayır.
Göründüyü kimi, bəşər tarixində fəlsəfənin dilçiliklə,
yaxud dilçiliyin fəlsəfə ilə əlaqəsi həmişə diqqət mərkəzin-
də olmuşdur. Bu elmlərin konkret əlaqəsinə dair bir çox
əsərlərdə müəyyən məlumatlar vardır
3
.
1
Bax: Aristotel. Poetika. Bakı, 1974, səh. 92-98.
2
Pedaqogikanı da tətbiqi fəlsəfəyə aid etmişlər. Məsələn, P.Natop (1854–1924), F.Paulsen
(1846–1908), Q.Kerşenşteyner (1854–1932) bu fikirdə olmuşlar. XX əsrin əvvəllərinə qədər
bu fikir qaldı. İndi də bəzi xarici ölkələrin pedaqoji məktəblərində “pedaqogika” tərbiyənin
fəlsəfəsi adlanır və bu adda fənn tədris olunur.
3
Bax: Энгельс и языкознание. M., 1972; М.В.Попович. Философский аспект проблемы
значения и смысла. “Вопросы философии”, 1962, №12; В.З.Панфилов. Философские
проблемы языкознания. M., 1977; A.M.Qurbanov, Onomalogiyanın fəlsəfi nəzəri əsasları.
“Azərbaycan dilinin onomalogiyası”, Bakı, 1988, səh.33-38.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
159
Müasir dövrdə dilçiliyin bir sıra ümumi problemləri-
nin tədqiqi birbaşa fəlsəfənin müddəalarına əsaslanmalıdır.
Bu
problemlərdən dil və cəmiyyət, dilin mənşəyi,
dil və
ictimai-iqtisadi formasiyalar, dil, xalq, irq və s. problemlər
indiki dövrdə hər iki elmin tədqiqat obyektinə çevrilmişdir.
Dilçiliyin müasir elmi-nəzəri zirvəyə çatmasında dil-
çiliklə fəlsəfi biliklərin vəhdəti çox mühüm rol oynamışdır.
Məlumdur ki, cəmiyyətin inkişaf prosesi fəlsəfənin
əsas tədqiqat obyektlərindən biridir. İctimai
hadisə olan
dil də cəmiyyətlə bağlıdır. Buna görə də mütəfəkkir filosof
cəmiyyətin bu və ya digər məsələlərindən bəhs edərkən
başlıca ünsiyyət vasitəsi olan dilinə toxunmaya bilməzdi.
Dildə söz və əşyanın hansının birinci olması məsələsi
də birbaşa materialist fəlsəfə nöqteyi-nəzərindən izah edil-
məlidir. İdealist dilçilər materialistlərin əşyanın
birincili-
yi fikrinin əleyhinə olaraq sözün birinci yaranması fikrini
irəli sürürlər. Deməli, bu məsələni obyektiv şəkildə şərh
etmək üçün mütləq dialektik materializmə əsaslanmaq la-
zım gəlir.
Dilçilikdə dilin mahiyyəti, inkişafı, ictimai rolu və s.
problemlər fəlsəfəyə əsaslanılmadan
düzgün şərh edilə
bilməz.
Dostları ilə paylaş: