Tətbiqi sahəyə dair vəzifələr. Dilçilik sahəsində elmi
tədqiqatların səmərəsinin artırılmasına və onların nə-
ticələrinin təcrübədə tətbiq edilməsinə nail olmağa səy
göstərmək hər bir dilçi tədqiqatçının əsas vəzifəsidir.
Dilçiliyin tətbiqi sahəsinin problemləri dil haqqında el-
min böyük praktik əhəmiyyətə malik olduğunu bir daha
aydın göstərir. Dilçiliyin tətbiqi sahəsinə dair bir çox və-
zifələrin həll edilməsinə baxmayaraq, burada hələ müa-
sir elmin qarşısında duran vəzifələr az deyildir. Linqvis-
tik tərcüməşünaslığın əsaslarını inkişaf etdirmək, ədəbi
tələffüz normalarını səlisləşdirmək, terminologiyanı zən-
ginləşdirmək, dilçilik fənlərinə dair orta və ali məktəblər
üçün dərsliklər yaratmaq və sair məsələlərin şərhi mü-
hüm vəzifələrlə bağlıdır
1
.
1
Afad Qurbanov. Azərbaycan dilçiliyi problemləri. Bakı, 2004, səh. 109-167.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
148
Dilçiliyin yuxarıda qeyd olunan konkret vəzifələri ilə
bərabər, onun həm də ümumi vəzifələri vardır. Dilçiliyin
müasir dövrün elmi səviyyəsindən geridə qalmaması onun
ümdə vəzifəsi hesab olunur. Elə buna görə də dil haqqında
elm öz inkişafını müntəzəm olaraq davam etdirməli, hə-
mişə qabaqcıl elmlər sırasında irəliləməlidir.
Hər bir elmin inkişafında elmi kadr hazırlığının rolu
və əhəmiyyəti olduqca böyükdür. Buna görə də bütün elm-
lərdə olduğu kimi, dilçilik sahəsində də elmi kadrların yetiş
dirilməsi ən zəruri və məsuliyyətli vəzifədir. Bu vəzifənin
həlli üçün dilçilikdə ardıcıl və planlı olaraq əsaslı iş apa-
rılmalı, elmi kadrların təkcə kəmiyyətcə yox, həm də key-
fiyyətcə artmasına nail olmağa səy göstərilməlidir. Dilçilik
üzrə kadr yetişdirmək sahəsində elmi idarələrlə yanaşı, ali
məktəblərin də üzərinə müəyyən iş düşür. Deməliyik ki,
elmə həvəsi olanlar içərisindən ən bacarıqlılarını seçmək-
də ali məktəbin imkanları daha genişdir.
Nəhayət, dilçilik elminin başlıca ümumi məsələlərin-
dən biri də bu elmin başqa elm sahələri ilə möhkəm əlaqə
yaratmasıdır. Dilçiliyin başqa elm sahələri ilə ümumi və
konkret əlaqələri yaranmışdır. Bu əlaqələr get-gedə arta-
raq onun inkişafına müsbət təsir göstərən vasitələrdən bi-
rinə çevrilmişdir.
|