1. ÜMumi DİLÇİLİk I indd


IV FƏSİL DİLÇİLİYİN ƏLAQƏSİ



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə84/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   80   81   82   83   84   85   86   87   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

IV FƏSİL
DİLÇİLİYİN ƏLAQƏSİ
DİLÇİLİYİN BAŞQA ELMLƏRLƏ
ƏLAQƏSİ PROBLEMİ
Elmlərarası əlaqə dedikdə, müxtəlif elmlərin bir-birinin 
elmi və əməli nəticələrindən istifadə etmələri təsəvvür olunur. 
Bütün elmlər arasında dialektik şəkildə əlaqə mövcuddur. 
Dünya elmləri sırasında elə bir elmə təsadüf etmək olmaz ki, o, 
başqa elmlərlə bu və ya digər formada əlaqəyə girməsin. Hər 
hansı bir elm qohum və ya qonşu elmlərlə əlaqədə olmadan 
yaşayıb tərəqqi edə bilməz. Ona görə də elmlərarası əlaqə, hər 
şeydən əvvəl, inkişaf üçün olduqca zəruri və qanunidir. Elə 
buna görə də müasir dövr də elmlərarası əlaqəyə, onun geniş-
lənməsinə dövlət tərəfindən son dərəcə böyük əhəmiyyət veri-
lir. Bu problem haqqında tələb belədir: İctimai elmlərin təbiət 
və texnika elmləri ilə qarşılıqlı əlaqəsi daha da gücləndirilsin.
“Elmlərarası əlaqə problemi” müasir dilçilikdə aktual 
məsələlər cərgəsindədir. Dilçiliyin başqa elmlərlə əlaqəsi-
nin müəyyənləşdirilməsi bu elmin bəzi məsələlərinin işıq-
landırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmə-
liyik ki, elmlərarası əlaqə problemi heç də hamı tərəfindən 
müsbət hal kimi qiymətləndirilməmişdir. Bəzi alimlər belə 
bir fikir irəli sürmüşlər ki, madam ictimai elmlər təbiət elm-
lərindən öz xarakterinə və digər cəhətlərinə görə fərqlənir, 
onun üçün də guya bu müxtəlif növ elmlər arasında təbii 
əlaqənin yaranması qeyri-mümkündür. Bundan başqa, bir 
sıra ideoloqlar da dilçiliyi “saf elm” adlandırıb, onun hət-
ta daxilində yaranıb tərəqqi tapdığı ictimai elmlərlə belə 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
150
əlaqəsi olmadığını göstərməyə çalışmışlar. Bu fikirlər ta-
mamilə əsassızdır.
Dilçilik çoxcəhətli əlaqəyə malik elmlərdəndir. Ümu-
mi və geniş mənada bu elm bütün dünya elmləri ilə bağ-
lıdır. Bunu aşağıdakı faktla sübut etmək olar. Məlumdur 
ki, müəyyən anlayışları ifadə etmək üçün elmdə xüsusi 
terminlərdən istifadə olunur. Terminsiz elm yoxdur və ola 
da bilməz. Elmi terminlərin hər biri isə dilçiliyin işləyib 
hazırladığı nəzəri əsaslara, prinsiplərə uyğun yaranır və 
tətbiq olunur. Deməli, ümumi halda dilçiliyin əlaqə telləri 
hər elmdə mövcuddur.
Dilçiliyin başqa elmlərlə konkret əlaqəsi birtərəfli ol-
mayıb, qarşılıqlı təsir xarakterindədir. Belə ki, dilçilik özü-
nün bir sıra problemlərinin həllində mütləq başqa elmlərə 
müraciət etməli olur. Məsələn, dilçilikdə dilin səslərini 
akustik və fizioloji cəhətdən xarakterizə edərkən fizika və 
fiziologiya elminin nailiyyətlərinə əsaslanıldıqda lazımi 
elmi nəticələr əldə edilir. Eləcə də başqa bir sıra elmlər dil-
çiliyin nəticələrindən istifadə edərək bəzi məsələlərin ob-
yektiv və hərtərəfli həllinə nail ola bilir. Elmlər arasındakı 
belə ikitərəfli əlaqə həm dilçilik, həm də onun nailiyyət-
lərindən istifadə edən digər elmlərin inkişafı üçün böyük 
əhəmiyyətə malikdir.
Dilçiliyin başqa elmlərlə konkret əlaqəsinin coğrafiya-
sı get-gedə daha sürətlə genişlənir. Əgər XX əsrin əvvəl-
lərində dilçilik ancaq bir neçə elmlə, o cümlədən ədəbiy-
yatşünaslıq, fəlsəfə, məntiq, psixologiya və tarixlə konkret 
əlaqədə idisə, indi bu əlaqələrin əhatə dairəsinə onlarca 
yeni elm daxil olmuşdur. Müasir dövrdə elmlərarası qarşı-
lıqlı təsir prosesinin belə sürətlə getməsinin mahiyyəti bir 
çox məsələlərlə bağlıdır. Bəzilərinin qeyd etdikləri kimi, 
bu proses ilk növbədə hazırkı dövrün elmə olan yüksək 
ictimai tələbi ilə əlaqədardır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
151
İndi ayrı-ayrı elmlərin qarşısında duran problemlərin 
əksəriyyətini bir elm həll edə bilmir. Buna görə də bu və ya 
başqa bir elmə aid problemin müştərək işlənməsi zəruriliyi 
meydana çıxır.
Dilçiliyin başqa elmlərlə əlaqəsi problemində, əsasən, aşa-
ğıdakı məsələlər həll edilir:
1) dilçiliyin başqa elmlərlə konkret əlaqələrini müəy-
yənləşdirmək və bunun dilçilik üçün əhəmiyyətini 
göstərmək;
2) dilçiliyin başqa elmlərlə əlaqəsi əsasında yaranan elm 
sahələrinin xarakteristikasını vermək.
Müasir dövrdə müxtəlif elmlərin bir-biri ilə əlaqəsi 
nəticəsində yeni-yeni elm sahələri təşəkkül tapır və for-
malaşır. Dilçiliyin psixologiya, pedaqogika, coğrafiya, ri-
yaziyyat, texnika ilə əlaqəsi nəticəsində psixolinqvistika, 
pedaqoji dilçilik, dilçilik coğrafiyası, riyazi dilçilik, mühəndis 
dilçiliyi kimi elm sahələri əmələ gəlmişdir. Ümumiyyətlə, 
elmlər arası əlaqə ümumən elmin şaxələnməsi, onun inki-
şafı üçün əhəmiyyətli prosesdir.
Dilçiliyin elmlərlə olan əlaqəsi bütün elm sahələrində 
eyni forma və xarakterdə deyildir. Belə ki, bu əlaqə bəzi 
elmlərlə çoxsahəli və daha yaxın olduğu halda bəzi elmlər-
də bunun əksinə təsadüf edilir.
Başqa elmlərlə dilçiliyin əlaqəsini dəqiqliyi ilə təsəv-
vür etmək üçün dilçiliklə əlaqəli elmləri aşağıdakı kimi 
qruplaşdırmaq lazım gəlir:
1) dilçiliyin ictimai elmlərlə əlaqəsi;
2) dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi.
Dilçilik ictimai elm olduğundan onun əlaqəsi bu qrup 
elmlərlə daha dərin və genişdir. Buna görə də ilk növbədə 
onun ictimai elmlərlə əlaqəsini nəzərdən keçirmək daha 
məqsədəmüvafiq olar.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
152

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin