Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
156
ilə bərpa etmək, düzəlişlər etmək və onu çap etmək qarşıya
məqsəd qoyulur. Hər hansı bir
əsərin mətni öyrənilərkən
mətnşünas izə düşərək abidəni yad təsirlərdən, qondarma
vasitələrdən təmizləməyə, təhrifləri aradan qaldırmağa çalı-
şır. Bu çətin işdə müvəffəq olmaqda ixtisas biliyi ilə yanaşı,
həm filoloji, həm də başqa bir sıra elm sahələrinin də nai-
liyyətlərini bilmək gərəkli olur
1
. Azərbaycan mətnşünasla-
rı fənlərarası əlaqəyə böyük əhəmiyyət verirlər. “...Müasir
mətnşünaslıq bir sıra qonşu və köməkçi fənlərə aid biliklər
kompleksinə əsaslanır. Məsələn, ədəbi məxəzlərlə,
mətnlər-
lə bərabər, milli ədəbiyyatın tarixini, mülki tarixi bilmədən,
dilçilik, ədəbiyyat nəzəriyyəsi və s. b.k. fənlərə, heç olmaz-
sa, konkret tədqiqat mövzusu dairəsində vaqif olmadan bu
sahədə müvəffəqiyyət qazanmaq qeyri-mümkündür”
2
.
Dilçiliyin və eləcə də başqa elmlərin nailiyyətlərin-
dən bəhrələnən mətnşünaslıq
sürətlə inkişaf etməyə, öz
elmi mövqeyini genişləndirməyə qədəm qoymuşdur.
Elmi əlaqə mətnşünaslığın faydalı amilinə çevrilmiş və
bu, get-gedə genişlənməkdə və möhkəmlənməkdədir.
“Son 20–25 ildə Azərbaycan mətnşünaslığı coşqun inkişaf
yoluna düşmüş, onun daxilində
müxtəlif yeni istiqamət-
lər, yeni keyfiyyətlər əmələ gəlmişdir: klassik və müasir
ədəbiyyatın onlarca nümunələri
bu günün elmi tələbləri
əsasında, lazım gəldikdə və mümkün qədər elmi-tənqidi
mətn halında çap olunmuş və olunmaqdadır; paleoqrafiya,
dilçilik, məxəzşünaslıq, biblioqrafiya və s. qonşu fənlərlə
əlaqə möhkəmlənməyə başlamışdır”
3
.
Dilçiliyin nailiyyətləri mətnşünaslığın bir sıra nəzəri
və praktik problemlərinin həlli üçün gərəkli olduğu kimi,
1
Отновы текстологии. Москва, 1962.
2
Ə.Mirəhmədov. Azərbaycan mətnşünaslığının vəziyyəti və inkişaf perspektivləri. “Azər-
baycan mətnşünaslığı məsələləri”, Bakı, 1979, səh.29.
3
Yenə orada, səh. 15-16.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
157
elmi mətnşünaslıq tədqiqatları da dilçilik üçün vacib və zə-
ruridir. Dilçilikdə bir çox tədqiqat məsələləri ancaq mətn-
şünaslıqla bağlandıqda uğurlu həll oluna bilir.
Mətnşünas hər bir mətnin bərpa edilməsi ilə dilçi-təd-
qiqatçıya da xidmət göstərmiş olur. Məlumdur ki,
dildə
baş verən hadisələrin izi bədii əsərlərin, yazılı tarixi abi-
dələrin mətnində mühafizə olunur. Dilçi həmin hadisələri
dəqiqləşmiş, dürüst, əslinə uyğun şəkildə götürüb istifa-
də etmək nəticəsində obyektiv və həqiqi mülahizə söyləyə
bilir. Məhz buna görə də həmin işdə mətnşünaslığın nəti-
cələri dilçilik üçün son dərəcə əhəmiyyətlidir.
Mətn üzərində iş aparmaq tarixən dilçilik üçün fayda-
lı olmuşdur. Hələ lap qədim zamanlarda hindlilər müxtəlif
məzmunlu kitabələrin mətni üzərində iş aparmaqla dilçi-
lik elminin nəzəri əsasını qoymuşlar.
Dostları ilə paylaş: