Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
160
ru) inikasına kömək edir”
1
. Dil isə təfəkkürün maddi for-
masıdır. Məntiqi kateqoriyalar və onların ifadə vasitələri
dildə mövcud olan leksik və qrammatik kateqoriyalardan
kənarda ola bilməz. Həmin dil vahidləri hər bir məntiqi
kateqoriyanın mahiyyətini
açmaqda əsas vasitə rolunu
oynayır. Buna görə də dilçiliyin məntiqlə əlaqəsi obyektiv
zərurət kimi meydana çıxır. Dilçiliyin məntiqlə əlaqəsinin
qədim tarixi vardır. Hələ eramızdan əvvəl Aristotel dilçi-
lik məsələlərini məntiqi kateqoriyalarla əlaqəli öyrənməyə
çalışmışdır. Lakin dilin məntiqi kateqoriyalarla əlaqəsi hə-
mişə birtərəfli aparılmışdır. Burada bəzən birtərəfli mən-
tiqi istiqamət, bəzən də psixoloji
istiqamət güclü olmuş-
dur. Əslində, bu tədqiqat əlaqələri dilçilik və məntiqin
bir-birinə qarşılıqlı təsiri nəticəsində baş vermişdir.
Dilçiliklə məntiqin əlaqəsi
problemi müasir dövrdə
daha aktualdır.
Buna görə də mövcud elmi ədəbiyyatda bu məsələnin
müxtəlif aspektdə şərhinə rast gəlmək olur
2
.
Dilçilik dilin, məntiq isə fikrin müxtəlif təzahür for-
malarını öyrənir. Bunların hər ikisində söz, məfhum, cüm-
lə kateqoriyaları tədqiqat obyektinə çevrilir. Lakin bunlar-
dan başqa da dilçiliyin bir sıra fonetik (vurğu, intonasiya),
leksik,
morfoloji, semantik,
sintaktik problemlərinin öy-
rənilməsi prosesində onları məntiqi məfhum, hökm, əqli
nəticə və s. kateqoriyaları ilə əlaqələndirmək lazım gəlir.
Qeyd etmək lazımdır ki, bu əlaqələri nəzərdən keçir-
dikdə məlum olur ki, məntiq həmişə filoloji elmlərə xidmət
1
M.İ.İsrafilov. Məntiq. Bakı, 1987, səh.8.
2
Bax: Д.П.Горский, И.Г.Комелев. К вопросу соотношения педагогики и грамматики.
ВФ, 1953, №6; Д.П.Горский. Логика, М., 1963; Проблема значения в логике и лингвис-
тике. М., 1963; В.З.Панфилов. Взаимоотношение языка и мышления. М., 1971; К.Ф.Ро-
машкин. Логико-грамматическая характеристика сочинительных союзов (на матери-
але современного немецкого языка). Автореф. канд. дисс., М., 1972; Н.А.Тропова. К
исследованию логических частиц. ВЯ, 1978, №5; А.В.Кривоносов. О некоторых аспектах
соотношения языка и логики. ВЯ, 1979, №6 və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
161
etmişdir. Dilçilikdə qrammatik kateqoriyaların aydınlaşdı-
rılmasında məntiqin mühüm əhəmiyyəti olmuşdur. Hətta
məntiqlə dilçiliyin konkret əlaqəsi əsasında dilçilikdə
mən-
tiqizm cərəyanı əmələ gəlmişdir
1
.
Dilçilikdə məntiq elminin
tətbiqi əhəmiyyəti indi
də diqqət mərkəzindədir. Belə ki, dil nəzəriyyəsinin
başlıca məsələləri məntiq elminin tələbləri əsasında
müəyyənləşdirilir.
Buna görə də filoloq məntiqi, özü
də formal məntiqin kateqoriyalarını dərindən öyrən-
məli və bilməlidir.
Dostları ilə paylaş: