TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə17/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   13   14   15   16   17   18   19   20   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Öyrənənə istiqamətlənmiş yanaşma 

öyrətmə prosesinin fərd üzərində cəmləşməsi. 
Öyrənənlərin maraq, ehtiyac və imkanları əsasında qurulan təlim.
Öyrətmək 

bilik, bacarıq və vərdişlərin şagird və ya tələbəyə aşılanması.


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
15 
Öyrətmə strategiyası 

dərs prosesində müəllimin istifadə etdiyi yanaşma və ya üsul. 
Məsələn, sualın cavablandırılması üçün müəllimin şagirdə müəyyən vaxt verməsi öyrətmə 
strategiyasına nümunə sayıla bilər.
Prezentasiya 

 latın mənşəli söz olub, “təqdim etmə” mənasını verir.
Pedaqoji diaqnostika 

pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən 
etməyə imkan verən fəaliyyət növü.
Prinsip 

(lat: prinsipium 

əsas, ilkin, rəhbər ideya) pedaqoji prosesdə müəllimin rəhbər 
tutduğu, şagirdlərin təlim fəaliyyətinə və davranışına verdiyi əsas qayda, ideya və tələblər.
Problem yanaşması 

təhsil siyasəti və planlaşdırmasının nəzərdən keçirilməsinin 
asanlaşdırılması, təhsil prosesini tənzimləyən qanun və prinsiplərin eyniləşdirilməsi və s. 
məqsədlərlə tətbiq edilən metodologiya.
Predmet

elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə 
hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdən yanaşılması nəzərdə tutulur.
Problemin həlli 

problemlərin həlli zamanı öz təfəkkür və inkişaflarının şagirdlər 
(tələbələr) tərəfindən qiymətləndirilməsinin öyrənilməsi metodu.
Proqramlaşdırılmış öyrənmə 

təlimin sadədən mürəkkəbə prinsipilə müəyyən edilmiş 
əsaslar üzərində və təlim proqramları çərçivəsində təşkili.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin