TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə16/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   12   13   14   15   16   17   18   19   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Müvəffəqiyyət 

təhsilalanların tədris proqramlarının tələblərinə əsasən peşəkar elmi 
bilik və
bacarıqların əldə edilməsinin xüsusiyyətləri. Təhsilalanların müvəffəqiyyətinin 
göstəriciləri, əsasən, cari, cari mövzuya görə, yarımilliklərə əsasən, yekun 

yəni, bütün il 
boyu fənn üzrə beşballıq sistem əsasında olan qiymətlər hesab edilir.
Nailiyyət 

müəyyən əlamət üzrə səviyyəni təsvir edən miqyas (ölçü). Ölçünün dəqiq sıfır 
nöqtəsi və müəyyən yuxarı səviyyəsi yoxdur. Nailiyyət dərəcəsi (norması) fərdlərin rəsmi 
şəkildə cəlb olunduğu təhsilin ən yüksək səviyyədəki ölçüsüdür. Nailiyyət hədəfi tələbələrin 
hər bir fənn üzrə gözlənilən bilik və bacarıqlarının formal təsviridir.
Nəticə 

tədris məqsədinə nail olmaq üçün şagirdlərdən tələb olunan bilik və bacarıqların 
yekun nəticəsi.
Obyektiv 

subyektin şüur, iradə və arzusundan asılı olmayaraq əldə edilən
nəticənin 
səciyyəvi xüsusiyyəti.
 Obyektivlik 

cavablar qiymətləndirilərkən qiymətləndirən subyektlərin şüur, iradə və 
arzusundan asılı olmayaraq, hər hansı kənar səbəblərin təsiri ilə deyil, yalnız müvafiq 
meyarlar çərçivəsində həmin subyektlər arasında
əldə edilən razılaşmanın səviyyəsi.
Öyrənmə çətinliyi 

xüsusi təhsil ehtiyacları olan şagird qrupunun məktəbdə yeni 
bacarıqlar əldə etdiyi zaman qarşısına çıxan çoxcəhətli problemlər və maneələr.
Öyrənmə çətinliyi olan şagird 

tədris prosesində öyrənmə çətinliyi olan şagirdlər. Bu 
şagirdlər tədris olunan fənləri, yeni vərdiş və bacarıqları mənimsəməkdə çətinlik çəkirlər 
və xüsusi təhsil ehtiyacları olan şagirdlər qrupuna aid edilirlər.
Öyrənmə prosesində dəstək 

öyrənənlərə müxtəlif forma və vasitələrlə
göstərilən əlavə 
köməyin təmin edilməsi.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin