Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 91
Didaktik vəzifələrinə görə ekskursiyalar müxtəlif olur:
1.
Yeni materialın öyrənilməsini həyata keçirən;
2.
Biliklərin öyrənilməsi zamanı təşkil edilən;
3.
Öyrənilən materialı möhkəmlədən və s.
Mövzusuna görə ekskursiyalar təbiət, istehsalat, tarix və incəsənət ekskursiyalarına
bölünür. Təbiət ekskursiyaları müxtəlif təbiət guşələrinə təşkil olunur. İstehsalat
ekskursiyaları istehsal sahələrinə təşkil edilir, şagirdlər istehsal prosesinin ən zəruri
məsələləri ilə tanış olurlar. Tarix ekskursiyaları tarixi yerlərə, abidələrə, muzeylərə, şəhidlər
xiyabanlarına təşkil edilir. İncəsənət ekskursiyaları ədəbiyyat, incəsənət muzeylərinə,
şairlərin ev muzeylərinə, abidələrinə təşkil olunur. Özündə bir neçə fənni birləşdirilən
ekskursiya kompleks ekskursiya adlanır. Belə ekskursiyalarda şagirdlər obyekti bütövlükdə
öyrənmək imkanı qazanırlar.
Ekskursiyalar hazırlıq, əsas, yekun olmaqla üç mərhələdə təşkil edilir:
1.
Hazırlıq mərhələsində ekskursiya təşkil ediləcək obyekt öyrənilir, müvafiq
təşkilatlarla, müəssisə rəhbərləri ilə danışıq aparılıb ekskursiyanın vaxtı, günü
müəyyən edilir. Bu mərhələdə valideynlərlə, şagirdlərlə təşkilati iş aparılır;
2.
Ekskursiyanın əsas mərhələsində öyrənilən obyekt və hadisələri müəllim izah edir.
Şagirdlər müvafiq qeydlər aparır, şəkil çəkirlər.
3.
Ekskursiyanın yekun mərhələsində şagirdlər hara, hansı obyektə, nə məqsədlə
getdiklərini, gördüklərini,
öyrəndiklərini, təəssüratlarını şifahi və ya yazılı ifadə
edirlər.
Ekskursiyalar zamanı əldə etdikləri biliklərdən şagirdlər dərsdə yaradıcılıqla istifadə
edir, obyekt və hadisələr arasında qarşılıqlı əlaqələrin olduğunu öyrənirlər. Onlar videoya
baxır, müəllimlərlə birlikdə ekskursiyanın gedişini təhlil edirlər.
Ekskursiyanın tərbiyəvi əhəmiyyəti də böyükdür. Ekskursiya zamanı şagirdlər bir
-
birini yaxından tanıyır, bir
-
birinə qayğı göstərirlər. Onlarda təbiətə, incəsənət əsərlərinə,
insanlara məhəbbət artır, bu sahədə dünyagörüşləri zənginləşir.