215
MÜASİR DÖVRDƏ DİN
şərait yaradır. Müsəlmanların çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi-
patriarxal həyat tərzi sürür. Bu faktor radikal cərəyanlar üçün çox əlverişlidir,
çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub.
Sosial ədalətsizlik
də dini radikalizmin inkişafı üçün zəmin formalaşdırır.
Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif
radikal qruplar tərəfindən bacarıqla istifadə edilərək ictimai-siyasi hadisələrin
axarına öz təsirini göstərir.
İşsizlik və yoxsulluqdan radikal qrupların təbliğatında geniş istifadə olunur.
Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial
statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz
aləti kimi istifadə edə bilirlər.
Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”
a
çatmaq kimi ekstremist ideyalar bu zaman onlar üçün
dünyəvi məhrumiyyətləri
kompensasiya edən rolunu oynayır.
Radikal qrupların təşkilati struktur formaları, eləcə də məqsədyönlü
təbliğat və maliyyələşdirmə metodları da dini radikalizmin yayılmasında
əhəmiyyətli rola malikdir.
Günümüzdə
“radikalizm” və “ekstremizm”
sözləri sinonim kimi işlədilsə
də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremizmin
radikalizmdən ən böyük fərqi ifrat ideyaların zorakı metodlarla həyata
keçirilməsidir. Başqa sözlə desək, hər ekstremist radikaldır, lakin hər radikal
ekstremist deyildir.
Dini ekstremizm
fərqli dinlərin nümayəndələrinə qarşı dözümsüzlükdə,
yaxud konfessiyalararası sərt qarşıdurmada özünü göstərir. Dini ekstremizm
“özgə” həmişə açıq və potensial düşməndir, ancaq “özününkünə” güvənə bilərsən
prinsipinə əsaslanır. Dini ekstremist təşkilat isə dini ekstremist fəaliyyətin
həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə
fəaliyyəti həyata keçirən təsisatdır.
Müasir dövrdə ekstremist və radikal qruplaşmaların əsas təbliğat məkanı
sosial şəbəkələrdir. Onlar əsasən sosial şəbəkələr vasitəsilə öz ideyalarını qlob
-
al miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar
cəlb etmək
məqsədilə istifadə edirlər. Belə qruplar milli-dini dəyərlərin gözdən salınmasına
çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Bu cür təbliğatın təsiri
altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü tək
-
milləşdirmədən uzaqlaşırlar.
MULTİKULTURALİZMƏ GİRİŞ
216
Dini radikalizm və ekstremizmin son mərhələsi, təbii ki,
terrorizm
sayı
-
la bilər.
Terrorizm
siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsi
üçün ideoloji motivli təxribat, qətlə yetirmə, girov götürmə və ya başqa ictimai
təhlükə yaradan zorakı, qəddar metodlardan (terror aktı) istifadə edilməsidir.
Terrorçu
– hər hansı bir formada terror aktının həyata keçirilməsində işti
-
rak edən şəxs;
terror qrupu
– terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə
iki və daha artıq şəxsin birləşməsi;
terror təşkilatı
– terror aktının həyata keçir
-
ilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni
mümkün sayan təşkilat deməkdir.
Bu gün dini radikalizm və ekstremizmdən, o cümədən terrorizmdən heç
bir ölkə və heç kəs sığortalanmayıb. Deməli, onlarla mübarizə hər bir dövlətin
və hər kəsin ümdə vəzifələrindən biri olmalıdır. Bəs necə və hansı mübarizə
metodlarından istifadə edilməlidir?
Şübhəsiz ki, birinci metod
maariflənmədir.
Savadsız insanı idarə etmək,
istənilən tərəfə yönləndirmək asan olur. Bu baxımdan insanları radikalların tə
-
sirindən qorumağın ilkin metodu maarifləndirmə işinin aparılmasıdır.
İnsanın özünə, ailəsinə, yaşadığı cəmiyyətə və bütün dünyaya faydalı ola
bilməsi üçün ən gərəkli şey elmdir. Elmə gedən yol isə təhsildən keçir. Təhsil
fərdin, cəmiyyətin bütün sahələrdə yüksəlişini təmin edir, zəruri məlumatları
verərək şəxslərə bacarıq və istedad qazandırır, yüksək mənəvi dəyərlər aşılayır,
pis vərdişlərdən, davranışlardan qoruyur, yaxşı keyfiyyətlərə yiyələndirir. Bu
səbəblə
dində elmə, oxumağa, öyrənməyə böyük dəyər verilmişdir. Təsadüfi
deyil ki, insanların doğru yola yönəlməsi üçün göndərilmiş “Qurani-Kərim”in
ilk əmri
“oxu”
olmuşdur
(“Əlaq surəsi”, 1-ci ayə
).
Təhsilsiz insan dünyaya hansı istiqamətdən baxacağını müəyyən edə
bilməz. Radikalizmin qurbanı da əksər hallarda bu şəxslər olur. Bu cür insanlar
bir növ oyuncağa çevrilir və özləri də bilmədən zamanla topluma zərər verirlər.
Radikalizmlə mübarizədə preventiv metod radikalların apardığı təbliğat
-
dan bir addım öndə olmaq prinsipinə əsaslanır. Belə ki, onlar öz radikal fikirləri
-
ni dini mənbələrə istinad edərək yayırlarsa, dini maarifləndirmə işini həyata
keçirənlər onlardan bir addım öndə olub, elə həmin mənbələrə müraciət edərək
belə fikirlərin yanlışlığını, dinin radikallığa, ifratçılığa qarşı olduğunu insanlara
çatdırmalıdırlar. Üstəlik, bu zaman etibarlı, əsaslandırılmış
mənbələrə istinad
edilməlidir ki, qarşı tərəfdə hər hansı şübhə yeri qalmasın.
217
MÜASİR DÖVRDƏ DİN
Digər metod
profilaktik
metoddur
ki, bu da radikal cərəyanların təsiri al
-
tına düşmək təhlükəsi ilə üzləşən insanlarla izahat işinin aparılmasıdır. Xüsusilə
gənclər və yeniyetmələr radikal, ifratçı ünsürlərin təsirinə yenicə düşmüşsə,
bununla bağlı dərhal fəaliyyətə keçmək lazımdır. Profilaktik metodu tətbiq
edənlər həm insanların psixologiyasını, həm də dini dərindən bilməli, eyni za
-
manda el arasında yüksək nüfuza sahib olmalı, əxlaqlı və nümunəvi şəxsiyyət
kimi tanınmalıdırlar.
Dini radikalizmə qarşı ən sonuncu mübarizə üsulu kimi
inzibati metoddan
istifadə olunur. Lakin bu metod son anda tətbiq oluna bilər. Belə ki, əgər radikal
qüvvələrin fəaliyyətində
cinayət tərkibi olarsa, bu zaman onlara qarşı müba
-
rizəni hüquq mühafizə orqanları həyata keçirir.
Dini radikalizm digər sahələrdə gördüyümüz radikal münasibətdən daha
şiddətli və daha dağıdıcıdır. Çünki din radikallaşdığı zaman birləşdirici ol
-
maqdan daha çox, parçalayıcı xarakterə bürünür. Buna görə də dünyanın, demək
olar ki, bütün ölkələrin tolerantlıq və birgəyaşayış mədəniyyətini, o cümlədən
multikultural dəyərləri yaşatmaq və daha da inkişaf etdirmək məsələsi öz aktu
-
allığını qoruyub saxlayır. Bəşəriyyətin gələcək rifahı yalnız bundadır. Harada ol
-
mağından və kimliyindən asılı olmayaraq hər kəs bəşəriyyət üçün böyük təhlükə
sayılan zorakılığı, radikalizmi, terroru qınamalı, zorakılığın meyvəsinin şiddət
olduğunu unutmayaraq ailədən cəmiyyətədək bütün sosial mühitlərdə hər şeyin
qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy
göstərməlidir.