Mühasibat uçotu A.H.Əliyeva
90
yerləşməsi və istifadə olunmasında, iqtisadi subyektin
ödəmə qabiliyyəti və maliyyə üstünlüyünə əsaslanan lazı-
mi informasiyaların təmin olunmasında istifadə olunur.
Bazar iqtisadiyyatı şəraitində balansın aktiv və passiv mad-
dələrinin
məzmunu onu həm daxildə, həm də xaricdə, o
cümlədən
səhmdar cəmiyyətləri, təsisçilər,
malsatanlar,
kreditorlar, banklar və başqaları tərəfindən istifadə etməyə
imkan verir. Göstərilən maddələr balansın aktivində və pas-
sivində müəyyən edilmiş ardıcıllıqla qruplaşdırılır və belə
qruplaşma müəssisənin maliyyə vəziyyəti üzərində nəzarət
etməyə imkan verir.
Balansda ifadə olunan analitik
maddələr şirkətin de-
bitor, kreditor borclarının, özünəməxsus kapitalının və
ayrı-ayrı ehtiyatların, cari xərclərin və mənfəətin səviy-
yəsini açıqlandırır. Balansın bütün maddələri hesabat döv-
rünün əvvəlinə və axırına əks etdirilir.
Dostları ilə paylaş: