Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə120/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   116   117   118   119   120   121   122   123   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
14.2.9. Tritikale
Əhəmiyyəti
. Tritikale yeni dənli taxıl bitkisidir, böyük məhsuldarlıq potensialı ilə fərqlənir, 
tərkibində yüksək miqdarda zülal və əvəzedilməz amin turşularının (lizin, triptofan) olması onun 
ərzaq və yemlik dəyərini müəyyən edir. Buğda və çovdar hibrididir. Özündə buğdaya və çovdara 
xas olan müsbət irsi əlamətləri birləşdirmişdir. Buğdadan sünbülün (sünbülcüklərin) çiçəkliyini, 
dənin keyfiyyətini və iriliyini: çovdardan isə şaxtaya davamlılığı, güclü kollanmağı, sünbülün 
uzunluğunu, sürətlə inkişaf etməyi, göbələk xəstəliklərinə davamlı olmaq kimi müsbət əlamətləri 
özünə keçirmişdir.
Dənində 15-18% zülal olur. Buğdaya nisbətən zülal 1,0-1,5%, çovdara nisbətən isə 3-4% artıq 
olur, lakin keyfiyyəti aşağıdır. Dənində çörəkbişirmə, qənnadı sənayesi, pivəbişirmə və 
heyvandarlıqda qüvvəli yem kimi istifadə edilir. Unundan 20-30% buğda ununa qatdıqda yaxşı 
çörək alınır. Digər dənli taxıl bitkilərinə nisbətən hər kq dəndə 20-30 qr çox lizin vardır.
Tritikalenin küləşindən heyvandarlıqda yem və döşənək kimi istifadə olunur. Onun yemlik 
sortları yaşıl yem, erkən silos və ot unu almaq üçün əkilir. Tritikalenin yaşıl kütləsi və silosunda 
buğda və çovdara nisbətən xam zülalın miqdarı 0,5-1,0%-dən daha çoxdur və mal-qara tərəfindən 
iştahla yeyilir. Ot unu buğda və çovdardan hazırlanan ot ununa nisbətən zülallar və karotinoidlə (A 
provitamin) zəngindir.
Tarixi və yayılması. 
Triticale yeni botaniki cinsdir. İki müxtəlif botaniki cinslərin buğda və 
çovdarın xromosom komplekslərini birləşdirərək yeni kənd təsərrüfatı bitkisini almağa 
seleksiyaçılar nail olmuşlar.
Tritikale – amfidiploid buğda-çovdar hibrididir. 
Buğda ilə çovdarın hibridi ilk dəfə 1881- ci ildə Almaniyada Rimpau tərəfindən əldə edilmiş 
lakin, praktiki əhəmiyyəti olmamışdır (qiymətləndirilməmişdir). 
1918-ci ildə Q. K. Meyster Saratov kənd təsərrüfatı təcrübə stansiyasında təbii yolla bu 
hibridin əmələ gəlməsini müşahidə etmişdir. 1925- ci ildə isə V. H. Lebedev Beleserkovsk 
seleksiya-təcrübə stansiyasında təbii çovdar-buğda hibridini tapmışdır. 


131 
B. V. Pisarev yumşaq buğdanın çovdarla və yazlıq yumşaq buğdanın çovdarla 
çarpazlaşdırılması yolu ilə 56 xromosomlu 
oktaploid
tritikale, yaxud yumşaq buğda və çovdarın 
hibridini almışdır. 
42 xromosomlu 
heksaploid Tritikale
bərk buğdanın çovdarla çarpazlaşdırılması nəticəsində 
alınır. Onlar böyük praktiki əhəmiyyətə malikdirlər, belə ki, oktaploid tritikaleyə nisbətən 
tərkibində zülalın miqdarı daha çoxdur.
Heksaploid
tritikaleni öyrənən ilk pionerlərindən biri A. İ. Derjavin 1933- cü ildə ilk dəfə 
olaraq bərk buğda ilə çovdarın çarpazlaşdırılmasından 
amfidiploid 
hibridini almışdır.
Tritikale buğda və çovdar becərilən rayonlarda 
müvəffəqiyyətlə becərilə bilər. Ukraynada, Şimali 
Qafqazda, Rusiyanın Mərkəzi Qaratorpaq zonalarında 
becərilir. İspaniya, Polşa, Bolqariya və Macarıstanda da 
becərilir.
Tritikalenin 
becərilmə 
texnologiyasına 
əməl 
edildikdə yüksək məhsuldarlıq təmin edilir, hektardan 5-7 
ton dən və 40-55 ton yaşıl kütlə çıxımı verir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin