135
qabiliyyəti zəifdir. Ağır gilli və yüngül çimli torpaqlara gübrə verilmədikdə pis inkişaf edirlər.
Yazlıq buğda şorlaşma dərəcəsi yüksək olan və turş torpaqları sevmir. Vegetasiya
müddətində torpaqda asan mənimsənilən qida maddələrinin kifayət dərəcədə olması
bitkinin
məhsuldarlığına müsbət təsir göstərir. Respublikamızın neytral reaksiyalı (pH = 6,0-7,5) şabalıdı və
tünd şabalıdı torpaqları yazlıq buğda əkinləri üçün ən yaxşı torpaqlar hesab edilir.
Bərk buğda yumşaq buğdaya nisbətən torpağın strukturuna və təmizliyinə, münbitliyə daha
yüksək tələbat göstərir. Həyatının ilk dövrlərində bərk buğdanın
kökləri dərinə tez işləyir, ancaq
yumşaq buğdanın kökləri isə ətrafa (eninə) fəal yayılır.
Kollanma düyünü yerləşən dərinlikdə nəmlik kifayət qədər olduqda rüşeym və buğum kökləri
yaxşı inkişaf edir.
Dostları ilə paylaş: