Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə245/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   241   242   243   244   245   246   247   248   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları: 
Oqonyok, Radomişlsky, Nevski, Sevinc, Nora,
Laymdota, Ukrainskiy rozovıy, Əmiri – 600, Filea, Solara, Aqriya, Laura, Marabel, Mono Liza
Spunta, Arinda. 
Növbəli əkində yeri. 
Kartof üçün ən yaxşı sələf altına üzvi və mineral gübrə verilmiş payızlıq 
taxıllar və birillik dənli-paxlalı bitkilərdir. Tərəvəz, bostan və silosluq becərilən bitkilər də kartof 
üçün yaxşı sələf hesab edilir. Pomidor, tütün və badımcan kartof bitkisi üçün sələf ola bilməz, ona 
görə ki, onlar kartofla eyni zərərverici və xəstəliklərə tutulurlar. 
Kartof becərilən ərazilərdə maillik 2-3
0
-yə qədər olmalıdır ki, aqreqatlar yaxşı hərəkət edə 


225 
bilsinlər. Buna görə də bəzən kartof təkrar səpinlərə məruz qalır. Əgər kartof eyni yerdə uzun 
müddət əkilərsə ziyanverici və xəstəlik törədicilər çoxalır.
Kartof bitkisi cərgəarası becərildiyindən, məhsulu yığıldıqdan sonra torpaq alaqsız və yumşaq 
olur. Odur ki, bu bitki dənli taxıl, dənli-paxlalı və texniki bitkilər üçün yaxşı sələf hesab olunur. 
Kartofu eyni tarlada dalbadal əkdikdə fitoftora xəstəliyinə tutulur, yumrular məftil qurdları və başqa 
zərərvericilər tərəfindən daha çox zədələnir.
Eyni tarlada əkilən kartof bitkisində ən çox xəstəliklərdən fitoftora, dəmgil, qara ayaq və 
rizoktoniyadır. Məhsuldarlığın aşağı düşməsi yoluxucu xəstəliklərin çoxalması ilə yanaşı torpağın 
fiziki xassələrinin pisləşməsidir. Bunlar bitki eyni tarlada dalbadal əkildikdə baş verir. Ona görə də 
kartofu ixtisaslaşmış fermer təsərrüfatlarda becərərkən profilaktiki yol növbəli əkindir. Növbəli əkin 
tarlasında kartof yenidən əkilərsə orada dənli-paxlalılar və çoxillik paxlalı yem otlarının əkilməsi ilə 
yanaşı üzvi gübrələrin verilməsi vacibdir. Kartofu bütün kənd təsərrüfatı bitkilərindən sonra 
becərmək mümkündür. Ancaq, ən yaxşı sələflər payızlıq dənli taxıl bitkiləri, birillik paxlalılar 
(noxud, paxla, mərcimək və s.) və çoxillik paxlalı otların ikinci ilindən sonradır.
Torpaq-iqlim şəraitindən, təsərrüfatın istiqamətindən, təsərrüfatda səpin tarlasının 
strukturundan asılı olaraq becərilən kartof bitkisini növbəli əkinin müxtəlif bitkiləri ilə 
növbələşdirmək olar.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin