Torpağın becərilməsi. Kartofdan yüksək məhsul əldə edilməsinin əsas şərtlərdən biri
torpağın əkin qatında güclü yumşaq, yaxşı havalanan və kifayət qədər nəmliklə təmin olunmuş
şəraitin olmasıdır.
Torpağın hazırlanması əsas becərmədən, dondurma şumundan və səpinqabağı
becərmədən ibarətdir. Kartof üçün şum qatı dərin yumşaldılmalıdır ki, torpağın hava və nəmlik
rejimi yaxşı nizamlansın. Hava və suyu yaxşı keçirən torpaqlarda kartof tez inkişaf edir və daha iri
yumrular əmələ gətirir. Respublikamızın kartofçuluq rayonlarında əsas şum 25-30 sm dərinliyində
ön kotancıqlı kotanla aparılır. Əsas şum zamanı şumaltı qatı yumşaltmaq üçün kotana
torpaqdərinləşdirici də bərkitmək olar. Payızlıq dənli-taxıl bitkilərindən sonra tarla 6-8 sm
dərinliyində üzlənir. Alaqlar cücərdikdən sonra 8-10 sm dərinliyində 2-ci üzləmə aparılır. Şum
altına hər hektara 15-20 ton peyin, 2-3 sentner surepfosfat, 2-3 sentner kül, 1-2 kq manqan-sulfat
verilir. Payız-qış aylarında şum qatındakı nəmlik qorunub saxlanılır. Erkən yazda tarlada traktorun
işləməsi mümkün olduğu vaxt tarla malalanır. Bir neçə gündən sonra 10-12 sm dərinliyində
kultivasiya çəkilib torpaq yumşaldılır və daha sonra malalanıb hamarlanır. Əsas şumdan sonra yaza
qədər torpaq çox kipləşibsə, yazda əsas şumun köndələninə 3-5 sm dayaz olmaqla şumlama aparılır.
Bəzən təkrar şum əvəzinə 13-15 sm dərinliyində çizellə də yumşaldıla bilər. Hər iki tədbirdən sonra
sahə dərhal malalanmalıdır.
Kartofun məhsuldarlığı şumun dərinliyindən əhəmiyyətli dərəcədə asılıdır. Dərin şumun
aparılması vacibdir, çünki ki, yumruların inkişaf etməsi üçün torpağın gücü artır. Belə şum
sonradan bitkilərdə yaxşı dibdoldurmanı təmin edir. Dayaz şum aparılmış sahələrdə dibdoldurma
hədsiz çətinləşir, torpağın səthinə yaxın kütləvi olaraq xırda yumrular əmələ gəldiyindən,
məhsuldarlıq olduqca aşağı düşür.
Əsas becərməDənli-taxıl və dənli-paxlalı bitkilərdən sonra torpaq əvvəlcə üzlənilir və sonra dərin dondurma şumu edilir. Üzləmə diskli üzləyicilərlə 5-8 sm dərinlikdə sələf bitkinin məhsulu yığılan kimi aparılmalıdır. Üzləmənin aparılması ləngiyərsə rütubət itkisi yaranar və bu üsulun effektliyi azalar. Üzləmədən sonra quru zonalarda az norma ilə sahə suvarılır. Üzləmədən 2-3 həftə sonra şum qatı imkan verən dərinlikdə şumlama aparılır. Əgər sahə kövşənlik bitkisi altında deyilsə onda sələf bitkisinin məhsulu yığılan kimi şum aparıla bilər. Şumu ön kotancıqlı kotanla aparırlar ki, bu da alaqlara qarşı faydalı mübarizə tədbiri sayılır. başdan-başa becərilən bitkilərdən sonra yerləşdirilərsə dondurma şumu diskləmə ilə əvəz oluna bilər. Nəmlik itkisinin qarşısını almaq üçün yazda torpağı becərərkən dişli malalardan istifadə edilir. Adətən bu üsul mexaniki tərkibi yüngül olan, strukturlu torpaqlarda daha faydalıdır.