234
fosfor və 30 kq kalium gübrəsi verilir, yaşıl kütlə yaxşı böyüyürsə 2-ci əlavə gübrədə azot verilmir.
Bunlardan başqa hər iki əlavə gübrə zamanı hektara 6 ton peyin şirəsi verilir.
Dibdoldurma kartof becərilməsində ən vacib əməliyyatdır. Dibdoldurma KOH-2.8, KUTS–
2.8B, KOKS-0,76 markalı kultivatorla aparılır. Bitkilərin dibi doldurulduqda
gövdə üzərində yeni
köklər və çoxlu stolonlar, yumrular əmələ gəlir, məhsuldarlıq kəskin surətdə artır, yumrular günün
altına çıxıb yaşıllaşmır və keyfiyyəti yüksək olur. Bunu nəzərə alaraq ən azı 2 dəfə dibdoldurma
tətbiq edilir. 1-ci dibdoldurma gövdələrin uzunluğu 15-18 sm-ə çatdıqda aparılır
və gövdənin baş
hissəsində 5-7 sm açıq qoyulur. Bir daha gövdələr 13-17 sm-ə çatdıqda eynilə 2-ci dəfə bitkilərin
dibi doldurulur. Bununla da cərgəarası becərmə dayandırılır. Alaqlara qarşı 2-3 dəfə cərgə aralarına
kultivasiya çəkilir, ya da bellə yumşaldılır.
Suvarma rejiminin böyük rolu vardır. Faraş kartof kütləvi cücərməyə qədər ən çoxu 1-2 dəfə
suvarılır. Çox suvarıldıqda torpaq soyuyur, istilik, qida və hava rejimi pozulur. Kütləvi çiçəkləmə
zamanı və ondan sonra 2-3 dəfə suvarılır. Bu müddətdə suvarmadıqda yumrular çox xırda olur.
Fitoftoroz kartofa ən çox zərər verən xəstəlikdir. Ona qarşı mübarizə üçün bitkiləri 1% -li
bordo məhlulu ilə çilənir və hər 7-8 gündən bir təkrar edilir.
Azərbaycanda son vaxtlar Koloroda böcəyi geniş yayılmış və çox zərər verir. Ona qarşı
mübarizə üçün böcəklər çoxalan kimi xlorofos məhlulu çilənir. Çiləmə gecikdikdə çoxlu sürfələr
çıxır və torpağın məsamələrinə də tökülür. Son dövrlərdə Aktara preparatının tətbiqi daha yaxşı
nəticə verir, hektara 120 qram sərf olunur.
Dostları ilə paylaş: