Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Səpin (əkin) müddəti, üsulu və norması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə251/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   247   248   249   250   251   252   253   254   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Səpin (əkin) müddəti, üsulu və norması. 
Kartof əkinlərində sağlam, hamar və məhsuldar 
yumrulardan istifadə olunması, kartof istehsalını artırmağın vacib şərtlərindəndir. Əkin materialı 
kimi toxumluq sort DST-a cavab verərək yumrular bütün, sağlam, quru, təmiz və tipik olmalıdır. 


231 
Əkin materialları birinci sinif, qara ayaq, həlqəvi çürümə və gövdə nematodu ilə yoluxmamalıdır. 
Belə əkin materiallarını, yəni yüksək məhsul vermək potensiallına malik olan toxumları təsərrüfatın 
daxilində təşkil etmək olar.
Yumruların əkinə hazırlanması əsasən sortlaşdırma, çeşidləmə, havalandırıb qızdırmaq, 
cücərtmək, dərmanlamaq, makro və mikroelementlərlə işləmək, boy tənzimləyicilərlə (nizamlayıcı) 
işləmək və s.- dən ibarətdir. 
Yumruların sortlaşdırılması çeşidləmə məntəqələrində aparılır.
50-80 qr. kütləsi olan yumrulardan əkin materialı kimi istifadə olunması bioloji və iqtisadi 
cəhətdən daha çox məqsədə uyğun sayılır.
Yumruların əkinə hazırlanması üsulları çoxdur. Bunlar yumruların bölünməsi, gözlərin 
üstündən kəsik açma, qızdırma, quru cücərtmə, yumruların gübrələrlə işlənməsi, onların bakterial 
gübrələrlə işlənməsi və s.- dir. 
Yumruları əkinə qədər 10 - 12 kq-lıq yaşiklərdə 2-3 qat yığaraq 0+2 
0
C-də seçilmədən və 
köçürmədən saxlayırlar: Bu halda yumrular cücərmir. 
Məhsulun tez alınması üçün yuxarıda qeyd olunan üsullarla yumrular əkinə hazırlanır. Habelə 
boy maddələri, qamma-şüalanma və ultrasəslə də işləyirlər. 
Yumruların bölünməsi çox vaxt və zəhmət tələb etdiyi üçün məhdud halda tətbiq edilir, yalnız 
100 qramdan iri yumrular kəsilir. Kəsilən yerdə adventiv tumurcuqlar əmələ gəlir ki, bunlar da 
gözcüklər kimi cücərti verirlər.
Yumruların səthində gözlərdən yuxarı 10 mm dərinlikdə kəsik açılması tumurcuqların daha 
tez oyanmasına və məhsuldarlığın xeyli artmasına səbəb olur. 
Yumrular bölünərkən və üzərində kəsiklər açarkən bıçaqlar müntəzəm sürətdə formalin 
məhlulu ilə (1:200-də duruldulmuş) dezinfeksiya edilməlidir. 
Yumruların səpinə hazırlanması üçün ən çox yayılmış üsul yumruları havada qızdırmaqdır. 
Yumruları açıq meydançalarda (16-20 
0
C-də və 60-70% nisbi rütubətdə) 7-10 sutka qızdırırlar. Bü 
müddətdə amilaza fermentinin fəallığı artır ki, bu da nişastanı şəkərə çevirməklə gözcüklərin 
qidalanmasını sürətləndirir, gözcüklərin tümürcüqları inkişaf edirlər və çıxışlar 4-5 gün tez alınır. 
Bu üsulla hektardan 20-50 sentner artıq məhsul götürmək mümkündür. Şəraitdən asılı olaraq 
cücərdilib əkilmiş sahələrdə hektardan 30-80 sentnerə qədər əlavə məhsul götürmək mümkündür. 
Səpinqabağı yumruları işıqda cücərtmə erkən əkinlər üçün daha səmərəlidir. Bu üsülla əkdikdə 
yumruların tərkibində 0,5-0,7% nişasta artır. 
Daha tez məhsul almaq üçün yumruları quru halda cücərdirlər. Günəş şüaları altında, ya da 
40-50 Vt/m
2
gücündə elektrik işığı verməklə işıqda 12-15 
0
C-də, 70-80% nisbi rütubətdə yumrular 
cücərdilir. Cücərtmə 15-25 gün davam edir. Bu müddətdən 0,5-1,5 sm uzunluqda yoğun və 
möhkəm cücərtilər əmələ gəlir, köklərə başlanğıc verən təpəciklər törəyir. Bəzən noxud irilikdə 
yaxşı yumrular əmələ gəlir. Bunlar uzana bilməmiş stolonlardır. Cücərdilmiş yumrular əkindən 7-
10 gün sonra, cücərdilməmiş yumrular 15-20 gündən sonra cücərti verir.
Adətən saxlayıcılarda kartof yumruları 2-5 
0
C temperaturda saxlanılır. Yumruları şoka 
salmamaq üçün 15-20 gün müddətində temperaturu tədricən 1 
0
C artıraraq 15-20 
0
C-ə çatdırırıq. 
Sonrakı 15 gündə də cücərtmə davam etdirilir, cəmi 30 gün müddətinə yumrular cücərdilir. 
Cücərtilərin uzunluğu 3-5 mm olarsa normal hesab olunur.
Hektara əkin norması planlaşdırılan məhsuldarlıqdan asılıdır. Suvarılan aran rayonlarında 
hektardan 30-40 ton məhsul götürülür. Bu halda hektara 2-3 ton yumru əkilir (50-80 qramlıq 
yumrulardan 41 min ədəd). Münbit qara torpaqlarda suvarılan şəraitdə 50-60 t/ha məhsul alınır. Bu 
halda əkin materialından istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun. 
Hektarda gövdələrin sayı yumrunun iriliyi və qida sahəsindən asılıdır. Ən yaxşısı odur ki, hər 
hektarda 200-230 min gövdə olmasını təmin edək. Əkin norması bilavasitə yumrunun iriliyi və əkin 
sxemindən asılıdır. Hektara 4-5 t yumru əkilir (80-100 qramlıq). 
Məhsuldarlıq hektarda olan gövdə sayından çox asılıdır. Ona görə də müxtəlif irilikdə əkin 
materialından istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun. Gövdələrin 
sayı yumruların iriliyi və qida sahəsindən asılıdır. Hektarda 200-230 min gövdə olması optimal 


232 
sayılır. Əkin norması bilavasitə yumruların iriliyi və əkin sxemindən də asılıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin