Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə249/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   245   246   247   248   249   250   251   252   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Məhsul
Torpaqdan aparılan qida maddələri, kq/ha
Azot 
Fosfor 
Kalium 
Kartof (100 sent/ha) 
50 
20 
90 
Payızlıq buğda (100 sent/ ha) 
30 
13 
25 
Kartof torpağın gübrələnməsinə yaxşı reaksiya göstərir. Üzvi və mineral gübrələr verdikdə məhsul 50%-ə qədər 
arta bilir. Üzvi və mineral gübrələrin birlikdə verilməsi daha faydalıdır. kartof becərilərkən gübrələrin verilməsi 
müddəti və üsulu vacibdir. Tədqiqatlarla müəyyən olunmuşdur ki, yerli gübrələrin verilməsi məhsuldarlığı 12-24%-ə 
qədər artırır.
. Qabaqcadan torpağın daraqşəkilli (tirəşəkilli) kəsilməsi və gübrələrin lokal üsulu ilə (müəyyən həddən kənara 
çıxmamaq) verilməsi yüksək məhsul götürməyə və gübrənin xərcini ödəməyə imkan verir.
Torpaqda humus balansını nizamlamaq məqsədi üçün gilli və qumsal torpaqlara hektara 10-15 ton peyin 
vermək lazımdır.
Növbəli əkin tarlalarında çoxillik otlar olmazsa üzvi gübrələrin miqdarını hektara 5-6 ton artırmaq lazımdır. 
kartof əkinlərində hektara 60-80 ton peyin verilməsi tövsiyə olunur.
Torpağa veriləcək gübrə normasını müəyyənləşdirmək üçün torpağın qida maddələri ilə təmin 
olunma dərəcəsini, fiziki xassələrini, torpaq-iqlim şəraitini və sortun bioloji xüsusiyyətlərini nəzərə almaq lazımdır 
Qranulometrik tərkibi ağır olan torpaqlara üzvi gübrələri dondurma şumunun altına və ya yazda dondurma 
şumunu yenidən qaldırdıqda vermək olar. Yüngül torpaqlara peyin və kompostun yazda verilməsi məsləhət görülür. 
Gübrələrin verilməsi torpağın xüsusiyyətlərindən, gübrənin
kimyəvi tərkibindən, onun bitki üçün yararlı olmasından və əlbəttə ki, kartof sortlarından asılıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Adətən təsərrüfatda ayrı-ayrı bitkilərə veriləcək gübrə normasının müəyyən edilməsi çətinlik törədir. Kənd 
təsərrüfatı bitkiləri üçün gübrə dozası əsasən planlaşdırılmış məhsula görə müəyyən edilir. Bu üsulla gübrə normasını 
təyin edən zaman aşağıdakı göstərilənləri bilmək lazımdır: 


229 

Məhsulla aparılan qida maddələrinin miqdarı (sorğu kitablarından istifadə etməklə tapılır). 

Mütəhərrik qida maddələrinin bir hektar torpağın şum qatında miqdarı. Bunun üçün 100 q torpaqda 
olan qida maddələrinin miqdarı (bu isə torpaq aqrokimyəvi analiz laboratoriyasında müəyyən olunur) 30 əmsalına 
vurularaq bir hektar şum qatında olan ehtiyat qida maddələri müəyyən olunur. 

Bitkilərin torpaqdan və gübrədən qida maddələrini istifadə etmə əmsalı. Torpaqdan orta hesabla 
hidroliz olunan azotun istifadə olunma miqdarı 20-25%, mütəhərrik fosforun 5-10%, mübadilə olunan kaliumunku isə
15-30%-dir.

Gübrənin tərkibindəki qida maddələrinin istifadə olunma əmsalı. Bitki orta hesabla birinci il peyin və 
kompostdan 25% azot, 40% fosfor və 60% kalium, mineral gübrələrdən 60% azot, 25% fosfor və 70% kalium 
mənimsəyir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin