236
birinci dövründə stolonlar qalınlaşana qədər budaqların inkişafı zəif olur. Yumrular əmələ
gəlməzdən qabaq gövdənin böyüməsi sürətlənir. Lakin, stolonlar şişkinləşən zaman gövdənin
inkişafı zəifləyir. Gövdənin maksimum inkişafı yayın ikinci yarısında (iyul-avqust) müşahidə edilir.
Bu vaxt bitkinin boyu sutkada 4-5 sm uzanır. Sonra boy inkişafı dayanır, bitki qönçə və çiçək əmələ
gətirir, plastik kütlə yarpaq və gövdədən kökümeyvəyə axır. Məhsul əsasən sentyabr-oktyabr
aylarında formalaşır. Ən yaxşı məhsul yay və payız hədsiz isti keçəndə alınır. Topinambur həm
yuxarı həm də aşağı temperatura davamlıdır. Faydalı temperaturun miqdarı 2500-2800
0
C-dir.
Bununla bərabər topinamburun yerüstü kütləsi qısa müddətli mənfi 8
0
C
şaxtaya, yumruları isə
mənfi 12
0
C şaxtaya dözürlər. Eyni zamanda torpaqda qar örtüyü altında olduqda havanın mənfi 35
0
C şaxtasına davamlıdırlar. Topinambur işığa qarşı o qədər də tələbkar deyildir. Hədsiz kölgə düşsn
sıx yerlərdə yaşıl kütlə və yumruların məhsuldarlığı aşağı düşür. Topinambur qısa gün bitkisidir.
Köküyumrulu bitkilərdən fərqli olaraq, topinambur yüksək quraqlığa davamlılığı ilə fərqlənir.
Bunun səbəbi güclü kök sisteminin torpağın dərin qatlarına işləməsidir. Bitkilərin susuzluğa
dözməsi dövrü çıxışlar zamanı və stolonlar əmələ gəldikdədir.Suyun çatışmaması və ən böhran dövr
stolonların şişkinləşməsi və qönçələmə fazasına təsadüf edir. Bu, yayın ikinci yarısına təsadüf edir.
Topinambur, duzlu, şoran və şorakət torpaqlardan başqa bütün torpaqlarda becərilə bilər.
Lakin, ən yaxşı torpaqlar qumsal və gillicəli torpaqlar hesab olunurlar. Kartofdan fərqli olaraq turş
torpaqları sevmir kartof və çuğundurdan fərqli olaraq torpaqdan çoxlu qida elementi aparır. 1 ton
yaşıl kütlə ilə torpaqdan 3 kq azot, 1,2-1,4 kq fosfor və 4,5 kq kalium, köküyumruların 1 tonu ilə isə
torpaqdan 2,0-2,5 kq azot və fosfor, 1 kq kalium elementi aparır. Peyin və mineral gübrə verdikdə
məhsuldarlıq artır. Hektara 30 ton peyin verilməsi yaşıl kütlə məhsulunu hektardan 96, köküyumru
məhsulunu isə 15 sentnerə qədər artırır.
Dostları ilə paylaş: