Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə272/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   268   269   270   271   272   273   274   275   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Gübrələmə. 
Yüksək məhsul əldə etmək üçün mühüm aqrotexniki tədbirlərdən biri də üzvi 
və mineral gübrələrin tətbiqidir.
Günəbaxan bitkisi 1 ton əsas və əlavə məhsulla torpaqdan 70 kq azot, 27 kq fosfor və 170 kq 
kalium elementi aparır. Ona görə də üzvi və mineral gübrələrdən istifadə etmədən günəbaxan 
bitkisindən yüksək məhsul götürmək mümkün deyildir. Bunu nəzərə alaraq hektara 15-20 ton peyin
2-3 sentner superfosfat verilməlidir.
Payızda şum qaldırılarkən üzvi gübrələri T-150, K-701 traktorlarına qoşulan PRT-10, mineral 
gübrələrə isə MTZ-80-82 traktorlarına qoşulan 1RMQ-4, RTT-4,2, RUM-5, RUM-8 aqreqatları ilə 
verirlər. 
Torpağa verilən peyin onu qidalı maddələrlə zənginləşdirir, torpağın fiziki keyfiyyətini 
yaxşılaşdırır və mikrobioloji prosesləri gücləndirir.
Gübrələrdən istifadə edilməsi bitkilərin kök sisteminin və yerüstü orqanlarının güclü inkişaf 
etməsinə şərait yaradır. Digər tarla bitkilərində olduğu kimi gübrələrin çox hissəsi əsas şum altına, 
bir hissəsi səpinlə birlikdə və bir hissəsi isə yemləmə şəklində verilir. Günəbaxan vegetasiyanın 
birinci dövründə fosfor gübrəsinə xüsusi tələbat göstərir. 
Günəbaxan bitkisi fosfor qidası ilə yaxşı təmin olunduqda dənlərdə yağ faizi artır.
Azot gübrəsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə və səbətlərin formalaşmasını 
təmin edir. Lakin, yüksək azot norması tumlarda zülalın toplanmasını artırır və yağlılığı tez aşağı 
salır. Bu halda bitkiyə qida elementləri bərabər daxil olmur. Azot elementi ən çox səbətlərin əmələ 
gəlməsi və çiçəkləmə fazasında tələb olunur. Fosfor çıxışlardan çiçəkləməyə qədər, kalium isə 
səbətlərin əmələ gəlməsindən yetişmə fazasınadək daha çox mənimsənilir.


246 
Səpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq azot, 10-15 kq fosfor verdikdə bitkilər ilk 
inkişaf fazalarında qida elementləri ilə yaxşı təmin olunmuş hesab edilir. Cərgə aralarında becərmə 
işləri başlayarkən birinci kultivasiyada yemləmə gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor 
cərgələrdən 12-14 sm aralı, 10-12 sm dərinliyə verilməlidir. Qalan gübrə normaları ikinci və üçüncü 
yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün manqan sulfat mikrogübrəsi əsas şum altına 
hektara 1-2 kq normada verilir. Eyni zamanda bakterial gübrə fosforobakterinin verilməsi də 
müsbət nəticə verir.
Gübrələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalanmasını yox, həm də torpaq 
nəmliyindən məhsuldar istifadə olunmasını təmin edir və günəbaxanın ağ və qonur çürümə 
xəstəliyinə qarşı davamlılığını artırır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin