247
səbətcik
əmələ gəldikdə, üçüncü çiçəkləmənin əvvəlində, dördüncü suvarma isə toxumların dənə
dolduğu dövrdə hektara 800-1000 m
3
olmaqla aparılır.
Günəbaxan çiçəkləyərkən mayalanmanın yaxşı getməsi və tumların boş olmaması
üçün bir
hektar sahəyə 2 bal arısı ailəsini gətirmək zəruridir. Bu halda məhsuldarlıq daha da yüksəlir.
Günəbaxan yalançı unlu şeh, fomoz, ağ,
boz və kül rəngli çürümə, pas xəstəlikləri ilə
sirayətlənir. Ağ çürümə bütün vegetasiya dövründə, səbətlər yetişən zaman isə daha intensiv (fəal)
zədələyir. Boz çürümə cücərtilərin, gövdənin, çiçəklərin, xüsusən tez-tez səbətlərin zədələnməsinə
səbəb olur. Kül rəngli çürümə budaqların kövrəkləşməsinə, ümumən bitkinin soluxmasına və tam
qurumasına səbəb olur. Yalançı unlu şeh xəstəliyinə yarpaqlar, gövdə və səbətlər tutulur. Xəstəlik
3-4 cüt yarpaq əmələ gəldikdə
özünü göstərər ki, nəticədə bitkinin boyu dayanır və məhsuldarlıq
aşağı düşür.
Günəbaxana zərərvericilər – məftil qurdları, çöl sisəkləri, çəmən kəpənəkləri, mənənələr, bitki
taxtabitiləri, odlucalar və s. böyük ziyan vururlar.
Günəbaxanı xəstəlik və zərərvericilərdən mühafizə etmək üçün toxumların dərmanlanması və
bitkilərin kimyəvi preparatlarla işlənməsi qaçılmazdır.
Sortlaşdırılmış və təmizlənilmiş günəbaxan toxumlarını səpinə 1,5-2,0 ay qalmış (ancaq 2
həftədən az olmayaraq) kimyəvi maddələrlə işləyirlər. Boz çürüməyə qarşı bir ton toxuma 3 kq.
80%-li TMTMD, yalançı unlu şeh xəstəliyinə qarşı bir ton toxuma 4 kq. 35%-li apron istifadə edilir.
Alaq otu
kəhrə
günəbaxan bitkisinə daha güclü əziyyət verir. Kəhrənin cücərtisi günəbaxanın
kökünə daxil olur (yerləşir), sormaqla, yalnız həmin bitkinin hesabına qidalanır. Kəhrə hetertrof
qidalanma xüsusiyyətinə malikdir.
Günəbaxanın mühafizəsi üçün ümumi qaydalara –
növbəli əkinin gözlənilməsinə,
toxumçuluğun tələblərinin yerinə yetirilməsinə, toxumların dərmanlanmasına, təsərrüfatda
vegetasiya müddətinin uzunluğuna
görə fərqlənən və
kəhrəyə
qarşı davamlı 2-3 sort və hibridin
becərilməsinə riayət olunmalıdır.
Dostları ilə paylaş: