Becərilməsi. Gənəgərçəyi növbəli əkində
payızlıq buğda, qarğıdalı və dənli-paxlalı
bitkilərdən sonra yerləşdirmək olar. Gənəgərçək
özü yazlıq taxıllar üçün yaxşı sələfdir.
Gənəgərçək fuzarioz xəstəliyinə tutulduğu üçün
öz tarlasına 8 ildən sonra qaytarılmalıdır.
Qida elementlərinə tələbkardır. Bir ton
toxum yaratmaq üçün torpaqdan 72 kq azot, 17
kq fosfor və 59 kq kalium elementi aparır. Ən
yaxşı gübrə peyin hesab olunur. Hektara 20 ton
peyin verdikdə məhsuldarlıq xeyli artır. Mineral
gübrələrdən azot və fosfor faydalıdır. Hektara 60-
90 kq azot və 90 kq fosfor verdikdə məhsuldarlıq
16-20% -ə qədər artır.
Torpağın
becərilməsi
payızlıqlar
yığıldıqdan sonra üzləmə və avqust ayında 27-30
sm
dərinliyində
ön
kotancıqlı
kotanla
şumlamaqdır. Erkən yazda 2-3 dəfə kultivasiya
və malalama aparılır.
Torpağın 10 sm-lik qatında 12
0
C temperatur olduqda səpin başlanır. Səpin üçün iri toxumlu
sortlardan istifadə olunur. Toxumun təmizliyi 98%-dən az olmamalıdır. Səpinqabağı toxumlar
qranozanla (2 kq/ha) dərmanlanır. Gənəgərçək punktir səpin üsulu ilə SUPN-8, SPÇ-6MF aqreqatı
ilə cərgəarası 70 sm olmaqla səpilir. İri toxumlu sortlardan hektara 20-25 kq, xırda toxumlulardan
isə 10-12 kq sərf olunur. Toxumun basdırılma dərinliyi torpaq tipindən asılı olaraq 6-10 sm-dir.
Bitki sıxlığı hektara 45-60 min ədəd olur. Səpinqabağı alaqlara qarşı treflan herbisidi kultivasiya ilə
hektara 6-8 kq verilir.
Çıxışlara qədər kəltənləri xırdalamaq üçün malalama aparılır. Alaqlar göründükdə cərgəarası
becərmələr başlanır. İki yarpaq fazasında seyrəltmə aparılır.
Qozaların yetişməsi eyni müddətdə olmur. Əvvəlcə mərkəzi qozalar sonra isə ətrafdakılar
yetişir. Odur kr, qozaları partlamayan sortları desikasiya edərək (maqnezium xlor, 15 kq/ha + 100
litr su) kökü üzərində qurudurlar. Desikasiyadan 2 gün sonra yarpaqlar quruyur. Lakin, qozaların
tam quruması əlverişli şəraitdə 12-15 gün çəkir. Bu vaxt yığıma başlayırlar.
Şəkil 35. Gənəgərçək:
1,2 – bitki
cücərti və çiçəkləmə fazasında; 3 –
üzərində yarpaq və çiçək qrupu olan
budaq; 4 – erkək çiçək; 5 – dişi çiçək; 6,7 –
qan-qırmızı gənəgərçəyin meyvəsi və
toxumu; 8,9 – İran gənəgərçəyinin meyvə
və toxumu.
253
Məhsul birbaşa yaxud hissə – hissə yığılır. Qozaları partlamayanlar birbaşa KKC-6 markalı
kombaynla yığılır. Toxumu saxlayarkən onun nəmliyini 6%-ə çatdırmaq lazımdır.