21.1.5. Payızlıq raps Əhəmiyyəti, yayılması və məhsuldarlığı. Raps bitkisi ərzaq yağı (yarım quruyan) və yem
zülalı üçün perspektivli mənbədir. Bu bitki yaşıl yem və eləcədə yaşıl gübrə məqsədilə də becərilir.
Ərzaq məqsədi üçün erurxsuz sortlarından istifadə olunur. Toxumun tərkibində 32-50% yağ və 23%
zülal vardır. Köhnə sortların toxumlarında heyvan orqanizminə zərərli təsir göstərən erurx turşusu
(37-50%) və qlükozinolitlər (5-7%) olduğundan yemə acı tam verirdi. Hal-hazırda əldə edilmiş yeni
sortların tərkibində erurx turşusu 5% və qlükozinolitlər isə 0,3-0,6%-dir. Raps yağı yeyinti,
sabunbişirmə, poliqrafiya və sənayenin digər sahələrində istifadə olunur.
Raps bitkisini yaşıl kütlə, silos, senaj və ot unu kimi yemlər üçün becərmək mümkündür.
Yaşıl kütlənin hər sentnerində 16 yem vahidi var. Raps yaxşı bal verən bitkidir. Bal arısı hər
hektardan 100 kq-a qədər bal toplaya bilir.
Tərkibində 45%-ə qədər zülal olan jmıxı və cecəsi yüksək keyfiyyətli konsentratlı yemdir.
Rapsın vətəni Aralıq dənizi ölkələri olub, buradan Hindistan və digər Asiya dövlətlərinə
yayılmışdır. Yer kürəsində rapsın əkin sahəsi 14-15 milyon hektara çatır. Bu bitki ən çox Hindistan,
Çin, Kanada ölkələrində becərilir (3-4 mln. ha). Almaniya, Polşa, Fransa və s. ölkələrdə də əkin
sahəsi əhəmiyyətli dərəcədədir.
Dən məhsuldarlığı hektardan 15-25 sentner, yaşıl kütlə məhsuldarlığı isə 150-250 sentnerdən
artıq olur.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Raps -
Brassica napus L. ssp oleifera Metzg. ( payızlıq
- biennis, yazlıq-
annus ) Kələmkimilər-
Brassicaceae ailəsinin birillik ot bitkisidir.
Rapsın yaxşı inkişaf etmiş mil kök sistemi var.
Gövdəsi yaxşı budaqlanır, hündürlüyü 100-130 sm-ə çatır.
Yarpaqları açıq-yaşıl rəngli, ağ örtüklüdür, saplaqlı və
oturaqdır. Çiçəkləri salxımvarı, ləçəkləri açıq-sarı rənglidir.
Toxumları qının içərisində qara, açıq-boz və tünd-şabalıdı
rəngdədir. Toxumunun 1000 ədədinin kütləsi 3-7 qramdır.
Raps uzun gün bitkisidir. Çıxışdan budaqlanmaya
qədər 30-40 gün keçir. Yazlıq rapsın vegetasiya müddəti 90-
110 gündür. Tərkibində 30-40% (toxumunda) yağ var.
Toxumları 1-3
o
C-də cücərmə qabiliyyətinə malikdir.
Çıxışları -3-5
o
C şaxtaya dözür. Nəmlik sevən bitkidir.
Payızlıq rapsın vegetasiya müddəti 290-320 gündür.
Tərkibində 40-50% yağ vardır. Çıxışdan 15-16 gün sonra
budaqlanma başlayır. Çiçəkləmə 25-30 gün davam edir,
çiçəkləmənin axırından yetişməyə qədər isə 25-30 gün
keçir. Bir ton raps toxumu torpaqdan 60 kq azot, 24 kq
fosfor, 42 kq kalium elementi aparır.