252
bitkidir. Meyvələri üçyuvalı şarşəkilli yaxud uzunsov qutudur (karobkadır). Hər yuvada bir toxum
var. İlk
dəfə mərkəzi, sonra yan çiçəklərdən əmələ gəlmiş qutular (karobkalar) yetişir. İran
gənəgərçəyi yetişən zaman qutular çatlayır və toxumlar tökülür. Qanı-qırmızıda
isə əksinə
tökülmür. İran gənəgərçəyinin toxumları Qanı-qırmızı gənəgərçəyin toxumlarından xırda olur.
Mütləq kütləsi 200-500 qr arasında dəyişir.
İstilik sevən bitkidir. Toxumları 12-13
0
C temperaturda cücərməyə başlayır. Çıxışların yaxşı
alınması üçün 18
0
C temperatur tələb olunur. Bitkinin normal inkişafı üçün tələb olunan temperatur
25-30
0
C–yə bərabərdir. Artıq mənfi - 2
0
C şaxtada bitki zədələnməyə başlayır.
Nəmliyə tələbkar bitkidir. Nəmlik çox olan
yerlərdə yüksək məhsul verir.
Quraq yerlərdə
yarpaq, çiçək və qozalar tökülür. Quraqlıq
olduqda bitkidə yağın miqdarı aşağı düşür.
İşıq sevən və torpağa tələbkar bitkidir. Qida
maddələri ilə zəngin qaratorpaq və boz torpaqları
sevir. Torpaq reaksiyası pH=6,0-7,3 daha
əlverişlidir. Qranulometrik tərkibi ağır gilli və
duzlu torpaqlar gənəgərçək üçün yararlı deyildir.
Vegetasiya müddəti 90-120 -150 gündür.
Dostları ilə paylaş: