Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə285/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   281   282   283   284   285   286   287   288   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

21.1.6. Yazlıq raps
 
Yazlıq raps torpaq-iqlim şəraitinə az 
tələbkar olduğundan, payızlıq rapsa nisbətən 
əhəmiyyətli dərəcədə geniş yayılmışdır. 
Yazlıq rapsın toxum məhsuldarlığı hektardan 
12-20 sentnerdir. Toxumun tərkibində 35-
40% zəif quruyan yağ, 32% zülal, 17-18%-
dən çox sulu karbonlar vardır. Yağı əsasən 
texniki, ererxsuz yağlar isə ərzaq məqsədilə 
istifadə olunur. Aşağı qlikozinolitli sortlar və 
erurxsuz jmıx tərkibində 40% zülal olan 
qüvvəli (konsentratlı) yemdir. 
Yaşıl kütləsi yem kimi istifadə olunur. 
Onun tərkibində 4,9-5,1% zülal vardır ki, bu 
Şəkil 37. Xardal: 
1- cücərtisi, 2 – bitkisi, 3 – çiçəkli 
budağı, 4 – paxlası, 5 – toxumu. 


255 
da qarğıdalı və günəbaxanın yaşıl kütləsinə nisbətən iki dəfə çoxdur. Yaxşı bal verən bitkidir.
Yazlıq raps soyuğa davamlı bitkidir. Toxumları 1-3 
0
C temperaturda cücərməyə başlayır, 
cücərtilər -3-5 
0
C şaxtalara, yetkin bitkilər isə -8 
0
C-yə qədər dözürlər. Torpağa az tələbkar, nəmlik 
sevən bitkidir. 
Dərmanlanmış yazlıq raps toxumları tez, erkən səpilən yazlıq taxıllarla eyni vaxtda səpilir. 
Səpin norması hektara 2,5-4 milyon ədəd cücərmə qabiliyyətli toxumdur. Toxumun basdırılma 
dərinliyi 3-4 sm-dir. 
Alaq otlarını məhv etmək üçün çıxışın arxasınca 3-4 həqiqi yarpaq fazasında dişli malalarla 
malalama aparılır. Gencərgəli əkinlərdə cərgə aralarına 2-3 dəfə kultivasiya çəkilir. Zərərverici və 
xəstəliklərə qarşı mübarizə tədbirləri payızlıq rapsda olduğu kimidir. 
Yazlıq rapsın yığımı payızlıq rapsda olduğu kimidir. Saxlanma zamanı təmizlənmiş və 
qurudulmuş toxumların nəmliyi 10%-dən artıq olmamalıdır. 
 
 
21.1.7. Xardal 
Əhəmiyyəti, becərilməsi və məhsuldarlığı. 
Xardal qiymətli yağlı bitkidir. Onun toxumundan 
yaxşı ərzaq yağı almaq məqsədi ilə becərilir. Əsasən iki növü, ağ və göy (Sarept) xardal becərilir. 
Yağı yüksək dad keyfiyyətinə malikdir. Ağ xardalın toxumlarında 25-35%, göy xardalda isə 35-
45% piyli yağ vardır. Xardal yağı çörək-bulka istehsalında, konserv, sabunbişirmədə, toxuculuq və 
əczaçılıq sənayesində, marqarin hazırlanmasında, eləcə də texniki məqsədlər üçün istifadə olunur. 
Ağ xardal yaxşı bal verən bitkidir, eyni zamanda ondan keyfiyyətli yaşıl gübrə və yaşıl yem kimi də 
istifadə edilir. 
Xardalın toxumlarında piyli yağdan əlavə ətriyyat sənayesində istifadə olunan efir yağı (0,5-
1,6%) vardır. 
Yağın emalından sonra cecədən (jmıx) ərzaq xardalı və xardal yaxması (qorçiçnik) hazırlanır.
Ağ xardal qınların əmələ gəlməsinə qədər erkən yaşıl yem kimi də becərilir. Bir sentner yaşıl 
kütləsində 12 yem vahidi var. O qarışıq əkinlərdə sürünən gövdəli noxud, gülül və digər dənli-
paxlalı bitkilərlə becərildikdə dayaq bitkisi hesab olunur. 
Xardal çox qədim bitkidir. Ona yabanı halda Orta Asiyada, Zaqafqaziyada və Çində təsadüf 
olunur. Xardalı Kiçik Asiya, Misir, Hindistan, Çin, Rusiya, Qazaxıstan, eləcə də Avropa ölkələrində 
(Almaniya, Fransa, Hollandiya) becərilir. 
Xardalın dən məhsuldarlığı hektardan 15-20 sentner, yaşıl kütlə məhsuldarlığı isə 200-250 
sentnerə çatır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin