Azərbaycanda rayonlaşdırılmış sortları: Yerli Naxçıvan, AzNİXİ – 18, AzNİXİ
– 74,
AzNİİKLİP – 495.
Növbəli əkində yeri. Xaşa tarla, yem və torpaqqoruyucu növbəli əkinlərdə becərilir. Buna
görə də onun sələfi müxtəlif bitkilər ola bilər. Payızlıq buğda, qarğıdalı və yemlik kökümeyvəlilər
yaxşı sələf hesab edilir.
Torpağın becərilməsi. Sələf bitkisi yığıldıqdan sonra 5-7 sm dərinliyində üzləmə aparılır.
Köküpöhrəli alaqlarla zibillənmiş sahələrdə 10-12 sm dərinliyində gavahınlı üzləyicilərlə üzləmə
aparılır. Əgər köküpöhrəli alaqlar əhəmiyyətli dərəcədə çoxdursa üzləmə 2-3 həftədən sonra təkrar
olunur, sonra isə 20-25 sm dərinliyində şum qaldırılır. Payız şumundan sonra tarlaya kultivasiya və
mala çəkilir.
Gübrələmə . Xaşa əkinlərində əsasən cərgələrə dənəvər superfosfatın verilməsidir. Cərgələrə
50 kq superfosfat verilməsi xaşanın quru ot məhsulunu hektardan 3,6 sentnerə qədər artırır (toxumu
0,8 sen.)
Səpindən əvvəl toxumların rizotorfinlə (nitraginlə) işlənilməsi zəruridir. Bu quru ot
məhsuldarlığını 5-6 sentnerə qədər artırır. Ən yaxşı nəticə toxumların rizotorfindən əlavə
molibdenlə işlənilməsidir. Toxumların rizotorfin və ammonium-molibdenatla (hektara 200 qram
ammonium molibdenat) birlikdə işlənilməsi ot məhsuldarlığını hektardan 8 sentner artırır.
Səpin norması təmiz halda hektara 90-100 kq (4-5 mln. ədəd cücərmə qabiliyyətli toxum),
toxumun basdırılma dərinliyi 3-4 sm-dir. Səpin günü toxumlar kölgədə rizotorfin və ammonium-
molibdenatla işlənilməlidir.
Əkinlərə qulluq. Sələf bitkisi, yəni dənli taxıl bitkisi 15-20 sm hündürlüyündə biçilir. Belə
hündürlükdə olan kövşənlər cavan xaşa cücərtilərini günəş şüasının yandırmasından qoruyur, qışda
isə qar toplanmasına şərait yaradır. Növbəti ilin yazında 2 iz malalama aparılır ki, bu da kövşənlərin
çıxarılması və torpağın üst qatının yumşaldılmasına şərait yaradır. Ot üçün biçildikdən sonra tarla
mütləq ağır malalarla malalanır.
Zərərverici və xəstəliklərlə də mübarizə aparmaq zəruridir.