281
Üçyarpaq mil və güclü inkişaf etmiş saçaqlı kök sistemi əmələ gətirir. Kökü torpağın 2,0-2,5
m dərinliyinə, ətrafa isə mil kökdən 50-60 sm kənara yayılır. Kökün çox hissəsi əsasən əkin qatında
(20-25 sm) yerləşir. Kök yumruları (içərisində fır bakteriyaları yerləşir) əvvəlcə mil kökdə, sonra
isə yan köklərdə (əmələ gəlir) inkişaf edirlər. Fırların əmələ gəlməsi birinci üçlü yarpaqla eyni
vaxta təsadüf edir və çiçəkləmə fazasının başlanğıcında maksimuma çatır. Tezyetişən sortlara
nisbətən, gecyetişən sortlarda inkişaf etmiş simbiotik aparat daha güclü formalaşır.
Çıxışlar alındıqdan iki ay sonra mərkəzi kökün kök boğazcığı torpağın 3-4 sm dərinliyinə
çəkilir. Kök boğazcığının torpağa belə batması tumurcuqların heyvanlar tərəfindən yeyilməsini və
qış dövründə donmadan mühafizə edir.
Üçyarpağın gövdəsi dəyirmi, içərisi boş, sıx ağtəhər tükcüklərlə örtülüdür. Nəmlik artıq
olduqda gövdələr yatırlar.
Yarpaqları mürəkkəb, üçlüdür: aşağı yarpaqlar uzun saplaqlı, yuxarıdakılar isə nisbətən
qısadır. Yarpaq ayası yumurtavarı, uzuntəhər-yumurtavarı və ellips formalıdır. Yarpaq ayasının
üzərində xarakterik üçbucaq şəkilli ləkə var. Tezyetişən cənub üçyarpağında yarpaq kütləsi yerüstü
kütlənin təxminən 42-44%-nə, gecyetişəndə isə 40%-ə qədərinə bərabərdir.
Hamaşçiçək - orta hesabla 100 çiçəkli möhkəm sıx başcıqdan ibarətdir. Çiçəkləmə dövründə
kifayət qədər tozlayıcılar və əlverişli şərait olduqda çiçəklərin 50-yə qədəri mayalanır və toxum
verir. Çiçək kasacıqdan, tacdan, sütuncuqlu yumurtalıqlardan və erkəkcikdən ibarətdir. Tacı
boruşəkilli al-qırmızı rənglidir. Erkəkcik ondur, onlardan doqquzunun saplağı yarısına qədər bir-
birinə bitişir, biri əsasından sərbəst qalır. Yuxarı tacı biryuvalıdır.
Meyvəsi birtoxumlu, nadir hallarda iki toxumlu paxladır. Toxumu yumurtavarı, rüşeym
kökcüyü qabarıq, yastılaşmış, sarımtıl, qonuru yaxud bənövşəyi rənglidir. Toxumun 100 ədədinin
kütləsi 1,6-1,8 qramdır.
Dostları ilə paylaş: