Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Xaşanın toxum məqsədi ilə becərilmə xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə322/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   318   319   320   321   322   323   324   325   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Xaşanın toxum məqsədi ilə becərilmə xüsusiyyətləri.
Kifayət qədər nəmlik olan bölgələrdə 
toxum məqsədilə adi səpilmiş sahələr seçilir. Xaşa adi cərgəvi yaxud gencərgəli üsulla cərgə araları 
45-70 sm olmaqla səpilir. Bu halda adi səpinə nisbətən bir qayda olaraq səpin norması 2-3 dəfə az 
götürülür.
Adi cərgəvi səpinlərdə toxumluq sahəyə olunan qulluq işləri ot məqsədi ilə becəriləndə 
olduğu kimidir, lakin gencərgəli əkinlərdə 2-3 dəfə cərgəarası becərmələr aparılır. Toxumluq 
sahələrə arı ailəsinin aparılması toxumun məhsuldarlığını hektardan 1-2 sentnerə qədər artırır. 
Bir qayda olaraq xaşanın toxumu hissə-hissə yığılır. Paxlalar 40-50% qonurlaşdıqda biçin 
aparılır və biçilmiş kütlə quruduqdan sonra kombaynda döyülür. Yığımı kombaynla birbaşa 
aparmaq üçün paxlaların qonurlaşması 70%-dən az olmamalı və yığım 2-3 günə başa 
çatdırılmalıdır.
22.1.4. Çəmən üçyarpağı
Əhəmiyyəti. 
Üçyarpaq – 
Trifolium L.
cinsi botaniki cəhətcə paxlalılar ailəsinin ən zəngin 
bitkilərindəndir. Hazırkı təsnifata görə 300-ə qədər növü müəyyən edilmişdir. Lakin mədəni 
formaya 20 növü salınmışdır ki, onlardan da altı növü becərilir. Bu növlərin üçü çoxillik, üçü isə 
birillikdir. Lakin praktiki əhəmiyyət kəsb edən çoxlu qiymətli növlər də mövcuddur. 
Çoxillik növlərdən yem məqsədi üçün daha 
çox becəriləni çəmən üçyarpağı, sürünən üçyarpaq 
və hibrid (çəhrayı) üçyarpağıdır. Bunlardan çəmən 
üçyarpağı daha çox yayılmışdır. Quru ot və senaj
hazırlamaq üçün ondan tez-tez istifadə olunur. 
Yaxşı hazırlanmış üçyarpağın quru otunun hər kq-
da 0,55 yem vahidi və 70 qr. xam zülal vardır. 
Quru ot ehtiyatı görərkən, xüsusən təbii qurutma 
zamanı yarpaqların bir hissəsi qırılır və itirilir, 
yemlik dəyəri isə aşağı enir. Senaj hazırlayarkən 
yarpaqlar tam saxlanılır və qida maddələrinin 
itkisi minimum həddə olur. 
Vegetativ kütlənin potensial məhsuldarlığı 
kifayət qədər yüksəkdir. Mineral qidalanma və 
nəmlik rejimi kifayət qədər optimallaşdırılsa 
vegetasiya müddətində üçyarpaq hər hektardan 
12 ton yerüstü kütlədə quru maddə formalaşdırar. 
Təbii münbitlik şəraitində üçyarpaq hektardan 2-3 
ton quru ot məhsulu yığılmasını təmin edir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin