22.1.3. Xaşa Əhəmiyyəti. Xaşanın quru otu həzmə gedən protein və yemlilik dəyərinə görə yoncaya
yaxındır. Şehli və yağışlı havada heyvanların xaşanın yaşıl kütləsi ilə yemləndirilməsi timpanit
(köpmə) vermir.
Nəmlik az olan bölgələrdə xaşanın quru ot məhsuldarlığı yoncanı 20%-ə qədər ötüb keçir.
Xaşa Qafqaz ərazisində X-cu əsrdən becərilməyə başlayıb.
Xaşa yüksək toxum məhsulu verir. Paxlalı bitki kimi torpağı azotla zənginləşdirir. Yaxşı bal
verən bitkidir. Hektardan 50-55 sentnerə qədər quru
ot məhsulu verir.
Botaniki təsviri. Xaşa –
Onobrychis paxlalılar
fəsiləsindən bitki cinsidir. 140-dan çox növü əhatə
edir. Əsasən Qafqazda, Ukraynada və Orta Asiyada
60-dan çox növü yayılmışdır. Azərbaycan ərazisində
22 növünə təsadüf edilir. Üç növü – hündür boyly
xaşa (
O. altissima ), Kür xaşası (
O. Cyr ) və
Zaqafqaziya xaşası (
O. transcaucasica ) becərilir. Hər
üç növ qiymətli yem bitkisidir. 100 kq yaşıl
kütləsində 22 yem vahidi, 3,1 kq həzm olunan
protein, 6,5 qr. karotin var.
Torpağın dərinliyinə işləyən mil kök sistemi
orada çətin həll olunan fosfor birləşmələrindən
istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də
əkinlərə fosfor gübrəsi verdikdə toxum və quru ot
məhsuldarlığı praktiki olaraq artmır.
Yarpaqları təklələkşəkilli, 6-18 cüt və bir təpə
yarpaqcığından ibarətdir.
Gövdəsi budaqlanmır. Hər buğumdan iki ədəd
yarpaqyanlığı ilə yarpaq inkişaf edir. Bitkinin boyu
80-100 sm-ə çatır. Çiçək qrupu 3-20 sm uzunluğunda salxımdır (qotaz), çiçəkləri iri cəhrayı yaxud
ağ rənglidir. Meyvəsi şarşəkilli paxladır. Paxlalıların qabığı möhkəm olduğundan onu qabıqlı
səpirlər.
Xaşanın mədəni becərilən 2 növü daha çox yayılmışdır.
1.