Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə324/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   320   321   322   323   324   325   326   327   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Çəmən üçyarpağı soyuğa davamlı bitidir. Kök boğazcığı yerləşən 
zonada böhran temperatur zamanı güclü seyrəklik müşahidə edilir, bu bitkinin yaşından və 
becərilmə şəraitindən asılıdır. Qışın başlanğıcında üçyarpağın həyatının birinci ili kök üzərindəki 
tumurcuqlar -15 
0
C şaxtalara yaxşı dözürlər. Həyatının ikinci ilindən üçüncü ilinə keçərkən qış 
zamanı şaxtaya davamlığı adətən birinci ilə nisbətən aşağıdır. Bitkinin aşağı temperatura davamı 
qışın ikinci yarısından nəzərə çarpacaq dərəcədə alçalır. Üçyarpaq həyatının ikinci ili -11-13 
0

temperaturda demək olar ki, 50%-i seyrəlir. Ən az şaxtaya davamlılıq yazda qeydə alınır.
Vegetasiya dövründə məhsulun formalaşması üçün zoğ əmələ gələndən birinci biçinin 
keçirilməsinə qədər təxminən 950 
0
C fəal temperatur cəmi lazımdır. Biçindən sonra cücərtinin 
əmələ gəlməsindən ikinci biçinə qədər quru ot üçün 600-800 
0
C tələb olunur. 
Üçyarpaq nəmlik sevən bitkidir. Əgər torpağın nəmliyi tarla rütubət tutumundan davamlı 
surətdə aşağı düşsə, üçyarpaq simbiotik aparatı atır və bitkinin inkişafı zəifləyir. Üçyarpaq torpaqda 
artıq nəmliyə dözmür, tarlada durğun suda məhv olur.
Üçyarpaq uzun gün bitkisidir. Cənub üçyarpağına nisbətən şimal üçyarpağı günün 
uzunluğunun dəyişməsinə qarşı nisbətən həssasdır. Cənuba getdikcə gün uzunluğunun qısalması və 
temperatur rejiminin gərgin artması gecyetişən üçyarpaqlarda buğumaralarını qısaldır, gövdənin 
hündürlüyünü gözə çarpacaq dərəcədə kiçildir. Bu onunla əlaqədardır ki, cənubda bir fazadan başqa 
fazaya keçmək üçün üçyarpaq lazım olan fəal temperatur cəmini tez toplayır və boyatma prosesinə 
az vaxt qalır. 
Çəmən üçyarpağı nisbətən kölgəyə davamlıdır, ona görə də onu müxtəlif örtük bitkilər altına 
səpmək olar. Tez yığılan bitkilər – yaşıl kütlə üçün payızlıq çovdar, yaşıl yem üçün vələmir və 
gülül-vələmir qarışığı yaxşı örtük (qoruyucu) bitkisi hesab olunur. Əgər gözlənilən məhsul 
hektardan 2,0-2,5 tonu keçmirsə üçyarpağı dən üçün becərilən dənli taxıl bitkiləri altına səpmək 
olar. Üçyarpağın əziyyət çəkməməsi üçün dənli taxıl bitkilərinin səpin norması 25-30% 
azaldılmalıdır. Yatmaya qarşı meylli olan taxıl sortlarından sonra üçyarpağın səpilməsi 
arzuolunmazdır. 
Turş və güclü şorlaşmış torpaqları üçyarpaq sevmir.


282 
Bir ton quru ot yaratmaq üçün üçyarpağın qida elementlərinə maksimal tələbatı, kq: azot-31, 
fosfor-9, kalium-22, kalsium-16, maqnezium-5, kükürd-1,5; həmin məhsulla torpaqdan 22 kq azot, 
5 kq fosfor və 16 kq kalium aparır. Üçyarpaq bor və molibden elementlərinə kifayət qədər 
tələbkardır. Molibden havanın molekulyar azotunu təsbit edən nitrogenaza ferment kompleksinin 
tərkibinə daxildir, bor elementi isə ötürücü-borular sisteminin yaxşı inkişafına, simbiotik sistemin 
energetik materialının kifayət qədər təminatına və bioloji azotun maksimal təsbit olunmasına 
köməklik göstərir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin