287
çatdırılır. Kütlə quruduqdan sonra kombaynla döyülür. Təmizlənmiş toxumun nəmliyi 15%-ə
çatdırılır və uzun müddət saxlanılan yerə tökülür. Məhsuldarlığı hektardan 10-11 sentnerə çatır.
Xəşəmbülün yaşıl gübrə üçün becərilməsi.
Xəşəmbülü siderat bitki kimi becərmək olar. Bu
bitki şoran torpaqlarda da yaxşı bitir. Aqrotexnikası sadədir. Yaşıl kütlənin torpağa çevrilmə
müddəti becərildiyi bölgədən asılıdır. Soyuq ərazilərdə iyun-iyul aylarında torpağa basdırılır, yayı
uzun müddət davam edən bölgələrdə ikinci biçinin yaşıl kütləsi (birinci biçin quru ot yaxud senaj
hazırlamaq üçün istifadə olunur) torpağa basdırılır. Yaşıl kütlə qranulometrik tərkibi ağır olan
torpaqlarda 13-15 sm, yüngül və orta torpaqlarda isə 16-18 sm dərinliyə basdırılır.
Şorlaşmış torpaqlarda şum laydırsız kotanla aparılır. Adətən şoran torpaqlar alaqlarla az
zibillənir, ona görə də burada xəşəmbülün erkən yazda örtüksüz səpini aparılır. Başdan-başa üsulda
səpin norması hektara 20-25 kq-dır.
22.1.7. Buynuzşəkilli qurdotu
Əhəmiyyəti və yayılması.
Qurdotu daha yaxşı yem otlarına aiddir. Qidalılığına görə onun
quru otu üçyarpağı ötüb keçir. Quru kütləsində proteinin miqdarı çox vaxt 22%-ə çatır. Qurdotu
əlverişsiz hava şəraitinə yüksək davamlılığı və uzun ömürlü olması ilə fərqlənir. Müxtəlif ərazilərdə
becərilməsi mümkündür.
Dostları ilə paylaş: