286
gəlinir. Vegetasiya müddəti 130-140 gün olan, daha gec yetişən xəşəmbül Azərbaycanın vadilərində
yayılmışdır.
Vegetasiya müddəti nə qədər uzun olsa bitkinin boyu bir o qədər hündür olur. Məsələn, çox
gec yetişən formaların hündürlüyü 3,5 m, tez yetişən formalarınkı isə 1,5-2,0 m-ə çatır. Yaşıl və
quru kütlənin artımı çiçəkləmənin başlanğıcında maksimum həddə çatır.
Erkən yazda ağ və sarı xəşəmbül tez boy atmağa başlayırlar. Yazda təzə zoğları kök
boğazcığında yerləşən gözcüklərdən əmələ gəlir. Nə qədər ki, budaqların çalınmamış hissəsində
qoltuqlardakı gözcüklərin miqdarı çoxdur, xəşəmbülün biçinindən sonra zoğların inkişafı o qədər
intensiv gedir.
Ayrı-ayrı salxımların (qotaz) çiçəkləməsi 8-14 gün davam edir. Salxımın aşağı hissəsində olan
çiçəklər birinci çiçəkləyirlər. Şimal mənşəli xəşəmbül formalarının çiçəkləmə müddəti 14-28 gün,
cənub mənşəlilərinki isə 30-45 gün davam edir. Çiçəkləmənin bşlanğıcından sonra xəşəmbülün
gövdəsi güclü qabalaşır. Yetişmə zamanı paxlalardan dən asan tökülür. Yığım müddətinin nəzərə
alınmasında bu çox zəruridir.
Xəşəmbülün bütün növlərinin orqanlarında: köklərində, gövdə və budaqlarında, yarpaqlarında,
çiçəkləri və toxumlarının tərkibində üzvi aromatik maddə
kumarin
vardır. Onun miqdarı becərilmə
şəraitindən, inkişaf fazasından və biçin müddətindən asılı olaraq dəyişir. Quraqlıq ərazilərdə
kumarinin miqdarı ağ xəşəmbülün tərkibində nəmlik çox düşən ərazilərə nisbətən daha çox olur.
Xüsusən onun miqdarı daha çox tam çiçəkləmə və yetişmə fazasının əvvəlində olur. Səhər və axşam
saatlarında kumarinin miqdarı azalır, günorta saatlarında isə artır. Ona görə də xəşəmbüllü
otlaqlardan yaxşı olar ki, erkən, səhər saatlarında yaxud günəş batana yaxın istifadə edilsin. Elə
həmin vaxtda da quru ot, senaj və silos üçün biçilməsi, məsləhət görülür.
Dostları ilə paylaş: